EN

ABŞ-dəki təyyarə qəzasının radar GÖRÜNTÜLƏRİ ortaya çıxdı

Xəbər verdiyimiz kimi, ABŞ-ın paytaxtı Vaşinqtonda Ronald Reyqan hava limanı yaxınlığında uçuş-enmə zolağına yaxınlaşan sərnişin təyyarəsi Black Hawk model hərbi helikopterlə toqquşub. American Airlines-a məxsus təyyarədə 64 nəfərin, hərbi helikopterdə isə 3 hərbçinin olduğu açıqlanıb. Qüllənin qeydləri göstərir ki, hərbi helikopter mülki təyyarə ilə bağlı xəbərdarlıq edilib, sonra isə qəza baş verib. Toqquşma Potomak çayında baş verib və CBS Televiziyasının məlumatına görə, 18 nəfərin cəsədi çaydan çıxarılıb.

News24.az xəbər verir ki, təyyarə iki hissəyə parçalanmış vəziyyətdə tapılıb.

Təyyarə qəzasından yeni görüntülər və faktlar ortaya çıxmağa davam edərkən daha bir video yayılıb. Belə ki, təyyarə qəzasının radar məlumatları ortaya çıxıb. Həmin anları təqdim edirik

Günel Məlikzadə

Chosen
18
32
news24.az

10Sources