EN

​Fransa ordusunun Çaddakı hərbi mövcudluğu yekunlaşdı

Fransa son hərbi bazasını Çad ordusuna təhvil verib. Metbuat.az xəbər verir ki, Fransa Çaddakı hərbi mövcudluğunu tamamilə dayandırıb. Məlumata görə, paytaxt Encemine şəhərində yerləşən Adji Kossei bazasına nəzarət fransız əsgərlərindən alınıb. Açıqlamada deyilir ki, bu təhvil yüksək vəzifəli şəxslərin, xüsusilə də Prezident Mohamed İdriss Debi İtnonun iradəsinə və Çad xalqının tələblərinə uyğun olaraq həyata keçirilib.

Qeyd edək ki, Çad hökuməti Fransa ilə imzalanan və müdafiə sənayesi və təhlükəsizlik sahələrində əməkdaşlığı gücləndirmək məqsədi daşıyan müqaviləni ləğv etmək qərarına gəldiyini açıqlamışdı. Daha sonra Fransa döyüş təyyarələrinin və hərbi birləşmələrinin ölkəni tərk etməyə başladığı bildirilib. Bundan əvvəl iki hərbi baza Çad ordusuna təhvil verilmişdi.

Chosen
4
3
metbuat.az

10Sources