RU

Azərbaycan meymunçiçəyinə yoluxma halı aşkarlanıb

22 yaşlı Azərbaycan vətəndaşı 02-11 yanvar 2025-ci iltarixlərində xarici ölkəyə turistik səfər etmiş və oradan döndükdənbir-neçə gün sonra halsızlıq, hərarət, genital nahiyədə suluqlusəpgilər, limfa düyünlərinin böyüməsi və əzələ ağrıları ilə Bakıdafəaliyyət göstərən klinikalardan birinə müraciət etmişdir.

Həkim-infeksionist xəstənin simptomlarına görə meymunçiçəyivirusuna yoluxmadan şübhələnib və xəstədən anamnez toplanmasınəticəsində onun, digər ölkəyə səfəri və səfər zamanı səpgilişəxslə əlaqəsinin olduğunu müəyyən edib.

Simptomlarla yanaşı epidemioloji əlaqənin olması laboratormüayinə üçün test götürməyə əsas verib və xəstənin səpgilərindəngötürülmüş yaxmanın laboratoriyada PZR üsulu ilə müayinəsininnəticəsi meymunçiçəyi virusuna görə müsbət olub.

Hazırda xəstə hospitalizasiya edilmiş və xəstəxana şəraitindəmüalicə alır.

Xəstə ilə təmasda olan ailə üzvlərində heç bir xəstəlik əlamətiolmadığına görə onlar ərazi üzrə xidmət göstərən ambulator tibbmüəssisəsi və sanitariya-epidemioloji xidmət əməkdaşları tərəfindənevdə müşahidəyə götürülmüş, onlara profilaktik müalicə təyin edilibvə dərman preparatları ilə təchiz olunublar.

Xəstə və təmasları üzərində müalicə və müşahidə tədbirlərixəstəliyin inkubasiya dövrü bitənə qədər davam etdiriləcək.

Избранный
11
49
az.trend.az

10Источники