AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.
20 yanvar harada nәlәr baş verib, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.
20 Yanvar Ümumxalq Hüzn Günüdür:
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23:30-da Bakı şəhərinə keçmiş SSRİ qoşun hissələri tərəfindən fövqəladə vəziyyət elan edilmədən yeridilən qoşun növləri dinc əhaliyə divan tutaraq yüzlərlə insanın ölümə və yaralanmasına səbəb oldu. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək 82 nəfəri amansızcasına qətlə yetirilmiş, 20 nəfəri isə ölümcül yaralamışdı.
Fövqəladə vəziyyət elan edildikdən sonra isə ə Bakıda 21 nəfər öldürüldü. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda — yanvarın 25-də Neftçalada və yanvarın 26-da isə Lənkəranda daha 8 nəfər qətlə yetirildi.
Rəsmi məlumata görə, silahlı müdaxilə nəticəsində 140 nəfərə qədər insan həlak oldu, 700-dən çox adam yaralandı, 290 nəfər isə ömürlük əlil qaldı.
Azərbaycan Prezidentinin fərmanı ilə 138 nəfərə “20 Yanvar şəhidi” adı verildi.
20 yanvar 1998-ci ildə Azərbaycanın Heydər Əliyev “Ölüm hökmünün ləğv olunması haqqında” təşəbbüs irəli sürdü.
20 yanvar 1907-ci ildə Mirəli Qaşqay anadan olub:
Azərbaycan-sovet geoloqu, geologiya-mineralogiya elmləri doktoru, professoru, Azərbaycan SSR EA-nın akademiki, Azərbaycan SSR əməkdar elm və texnika xadimi Mirəli Qaşqay həm də Azərbaycan SSR EA akademik katibi olub.
20 yanvar 1902-ci ildə Türkiyənin böyük şairi və dramarurqu Nazim Hikmət anadan olub:
İnqilabi türk poeziyasının banisi kimi tanınan N.Hikmətin yaradıcılığı bütövlükdə 20-ci əsr dünya ədəbiyyatının inkişafına təsir göstərib.
Cəsarətli fikir və ideyalarına görə Nazim Hikmət dəfələrlə sürgündə olub. Şairin Azərbaycan və Bakı ilə bağlı xatirələri də şeir və poemalarında əksini tapıb.