RU

Neft Trampın çıxışından sonra ucuzlaşıb

Tramp inauqurasiya nitqində ABŞ-ın daha çox neft və qaz hasil edəcəyini, bütün dünyaya ixrac ediləcəyini bildirməsi neftin qiymətinin aşağı düşməsinə səbəb olub.

Marja.az xəbər verir ki, Brent neftinin qiyməti 80 dollardan aşağı düşüb. Bakı vaxtı ilə saat 22:20-a Brent nefti 1% ucuzlaşma ilə 79,98 dollardan ticarət olunub.

"Mən milli enerji fövqəladə vəziyyəti elan edirəm. Amerikada heç kimdə olmayan neft və qaz var, biz ondan istifadə edəcəyik. Böhranlara son qoyacağıq, ABŞ enerjisini bütün dünyaya ixrac edəcəyik. Biz yenidən zəngin ölkə olacağıq. Biz həmçinin yeni "yaşıl" sövdələşməni ləğv edəcəyik, öz sənayemizi quracağıq və öz işçilərimizə fayda təmin edəcəyik",- Donald Tramp çıxışında bildirib.

Избранный
18
28
marja.az

10Источники