"Qarabağ" Avropa Liqasının əsas mərhələsinin 7-ci tur matçında FKSB-ni qəbul edəcək.
"Football-plus.az" xəbər verir ki, "köhlən atlar"ın baş məşqçisi Qurban Qurbanov Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunöncəsi mətbuat konfransında iştirak edib. Mütəxəssis matç haqda fikirlərini bölüşdükdən sonra jurnalistlərin suallarını cavablandırıb.
- Həm yerli, həm də gözəl Bakımıza qonaq gələn media nümayəndələrini salamlayıram. İlin ilk avrokubok matçına çıxacağıq. Tam hazır olmaq çox vacibdi. Bəzi problemlər var, lakin pis hazırlaşmamışıq. Bilirik ki, çox yaxşı, avrokuboklarda əla nəticələr əldə etmiş komandaya qarşı oynayacağıq. FKSB öz ciddiliyini daim qoruyub və sərt olub. Mübarizəyə hazır olmalıyıq. Oyunumuzdan əl çəkməyəcəyik. Azarkeşlərimizi sevindirməyə, vacib qələbə qazanmağa çalışacağıq.
- İtkilər var. Bu üzdən, sabahkı oyunda taktiki dəyişiklər olacaqmı?
- Ciddi dəyişiklik olmayacaq. Bütün futbolçularla eyni tərzdə məşq edirik. Hücumların qurulmasında hansısa xırda dəyişikliklər ola bilər. Ümumiyyətlə, illərdi oynadığımız sistemi yaxşılaşdırmağa çalışırıq. Əsas odu ki, hər şeyi düz edək. FKSB ən kiçik səhvi belə bağışlamır.
- FKSB-nin prezidenti "Qarabağ"ı məğlub edəcəklərini bildirib. Bu haqda nə deyə bilərsiz?
- Normal haldı. Klub nümayəndələri belə açıqlamalar verə bilər.
- FKSB ilə qarşılaşacağını biləndə hansı hissləri keçirdiz? Klubun bugünkü mövqeyi sizi təccübləndirirmi?
- Xeyr. Komanda göstərdiyi oyuna görə haqlı nəticələr qazanıb. Bütün rəqiblərə normal yanaşırıq.
- Sizcə, FKSB-nin ən güclü tərəfi hansıdı?
- Futbol kollektiv oyunudu. Bunu təkmilləşdirmək istənilən baş məşqçi üçün çətindi. FKSB həm müdafiədə, həm də hücum zamanı kollektiv şəkildə oyun nizam-intizamını qoruyub-saxlaya bilir.
- Bir neçə gün əvvəl Abdolbari Gözəl dünyasını dəyişdi. Bu hadısə komandada hansı ab-havanı yaratdı?
- Həm "Qarabağ", həm də Azərbaycan futbolu üçün ağır itkidi.Onun mənim üzərimdə də böyük haqqı var. Hər addımı düşünərək atırdı. Təbii ki, belə bir insanın yoxluğu hər birimiz üçün ciddi itkidi. Çox üzgünük. Çalışırıq ki, futbolçuları oyuna tam hazırlaya bilək. Belə itkini qəbullanmaq üçün xeyli vaxt lazım olacaq. Allah rəhmət eləsin!
- Avropa Liqasında ilk "24-lüy"ə düşmək üçün qələbədən başqa yol yoxdu. Bu məqam komandaya psixoloji cəhətdən təsir edir?
- Qələbə üçün hazırlaşmışıq. Məncə, çox dərinə getmək lazım deyil. Həmişə uğur qazanmaq istəyirik. Rəqibi də nəzədə almalıyıq. FKSB güclü komandadı.
- Matçın hakimi ilə bağlı Rumıniya mətbuatında narazılıqlar var, qəddarlığı ilə seçildiyi iddia olunur. Bununla bağlı komandaya tapşırıqlar vermisiz?
- Hakim haqda düşünmək istəmirik. Komandanı indidən bu məsələyə yönləndirmək doğru olmaz. Təbii ki, hər oyundan əvvəl futbolçulara hakimlərlə bağlı məlumatlar və uyğun təlimatlar verilir. Hətta bəzi qərarlarla bağlı epizodlar da göstərilir.
- İndiyə qədər rumıniyalı məşqçilərlə oynamısız. Bu sırada Dorinel Muntyanu, Adrian Mutu, Mirça Rednik, Laurentsiu Regekampf var. Bunlardan hansını daha güclü sayırsız?
- Hər birini salamlayıram. Hamısının futbolda böyük adları var. Hər biriylə oyundan böyük zövq almışam. Məncə, Rednikə qarşı oyunlar daha maraqlı keçib. Amma kimin üstün, kimin zəif olduğunu demək doğru olmaz.
- Uzun illərdi ki, "Qarabağ"ın baş məşqçisisiz. Rumıniyada isə klublar tez-tez, adətən 2 ildən bir baş məşqçini dəyişirlər. Rumın məşqçilərə nə tövsiyə edərdiz?
- Yəqin ki, Rumıniyada məşqçilər çoxdu. Buna görə, belə tez-tez dəyişiklik edirlər (gülür). Özüm barədə danışmaq istəmirəm.
KƏNAN BAHADIR
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта