RU

Elvin Camalov rəsmən “Neftçi”də - Video

Bu gün “Sabah”dan ayrılan Azərbaycan milli komandasının dayaq yarımmüdafiəçisi Elvin Camalov paytaxtın digər klubu “Neftçi”yə keçib.

Arena.az bu barədə “ağ-qaralar”ın rəsmi saytına istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, “Neftçi” növbəti transferini rəsmiləşdirib. Milli komandamızın futbolçusu Elvin Camalov artıq “Neftçi” ailəsinin üzvüdür. 4 nömrəli formanı geyinəcək 29 yaşlı dayaq yarımmüdafiəçisi ilə 1,5 + 1 il şərti ilə müqavilə bağlanıb.

Xatırladaq ki, Elvin Camalov 2021-ci ilin iyul ayından “Sabah”da çıxış edirdi. O, “bayquşlar”ın heyətində 113 oyuna çıxıb, 2 qol və 7 məhsuldar ötürmə müəllifi olub. Daha öncə “Qəbələ” və “Zirə”də də oynamış yarımmüdafiəçi, 2019-cu ilin noyabr ayında debüt etdiyi Azərbaycan millisinin heyətində 20 oyun keçirib. Təcrübəli futbolçu 2018/19 mövsümündə “Qəbələ” ilə Azərbaycan Kubokunu başı üzərinə qaldırıb.

Qeyd edək ki, bu, “Neftçi”nin qış fasiləsi dönəmində ikinci transferidir. Paytaxt klubu Elvin Camalovdan öncə yaponiyalı Ryonosuke Ohorini (“Transinvest”, Litva) heyətinə qatmışdı. Əvəzində Mark Tamaş paytaxt klubunu tərk edib.

Избранный
18
39
arena.az

10Источники