RU

Dünya iqtisadiyyatının çökəcəyi proqnozlaşdırılırdı

“Əgər digər ölkələr ABŞ-yə öz tarifləri ilə cavab versələr, qlobal ÜDM itkiləri iki rəqəmli olacaq”.

Missiya.Az “TASS”a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Ticarət Təşkilatının (ÜTT) baş direktoru Nqozi Okonjo-İveala məlumat yayıb.

O hesab edir ki, belə bir inkişaf qlobal iqtisadiyyat üçün fəlakət deməkdir.

Təşkilatın hesablamalarına görə, əgər digər ölkələr Amerika tariflərinə cavab olaraq 25 və ya 60 faizlik tariflər tətbiq etsələr, dünya bu cür siyasətlərin Böyük Depressiyanın daha da pisləşməsi ilə nəticələndiyi 1930-cu illərə qayıdacaq.

“Bu, fəlakətdir. Hər kəs bunun bədəlini ödəyəcək. Kasıb ölkələr isə daha çox bədəl ödəyəcəklər”, - deyə İveala bildirib.

Daşqın HəsənovMissiya.Az

Избранный
4
33
missiya.az

10Источники