Bakı. Trend:
Prezident Donald Tramp Səudiyyə Ərəbistanının ABŞiqtisadiyyatına bir trilyon dollar sərmayə qoymağa razı olacağınaümid etdiyini bildirib.
Trend-inməlumatına görə, o, bu barədə Davosda keçirilən Dünya İqtisadiForumunda videobağlantı vasitəsilə çıxışı zamanı deyib.
Tramp qeyd edib ki, bir sıra qəzetlər Səudiyyə ƏrəbistanınınAmerika iqtisadiyyatına ən azı 600 milyard dollar sərmayə qoymağıplanlaşdırdığını yazıb.
O, Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsinin bu məbləği təxminənbir trilyon dollara çatdırmasını təklif edib. "Düşünürəm ki, onlarbunu edəcəklər”, - deyə ABŞ lideri vurğulayıb.
Bundan əvvəl Amerika mediası Səudiyyə Ərəbistanının yaxın 4 ilərzində ABŞ iqtisadiyyatına təxminən 600 milyard dollar sərmayəqoymaq niyyətində olduğu barədə məlumat yayıb.