RU

Tramp ABŞ-ı “planetin kriptovalyuta paytaxtı” edən fərman imzalayıb

ABŞ Prezidenti Donald Tramp ABŞ-ın rəqəmsal maliyyə texnologiyasında mövqeyini gücləndirmək və ölkəni “planetin kriptovalyuta paytaxtı” etmək məqsədi daşıyan sərəncam imzalayıb. Bu barədə Ağ Evin saytındakı sənəddə deyilir.

QHT.az xəbər verir ki, sənəddə deyilir: “Prezident Donald Tramp rəqəmsal maliyyə texnologiyası qaydalarına aydınlıq gətirmək və Amerikanın rəqəmsal aktivlər iqtisadiyyatında qlobal lider kimi mövqeyini təmin etmək, innovasiyaları və bütün amerikalılar üçün iqtisadi imkanları inkişaf etdirmək üçün nəzərdə tutulmuş sərəncam imzalayıb".

ABŞ prezidentinin ABŞ-ı “planetin kriptovalyutası” etmək vədini yerinə yetirdiyi vurğulanır.

Sənədin mətnində qeyd edildiyi kimi, fərman ABŞ-ın rəqəmsal maliyyə sahəsində liderliyini gücləndirmək üçün rəqəmsal aktiv bazarları üzrə prezident yanında işçi qrupunun yaradılmasını nəzərdə tutur.

 

R.İmanov

Избранный
12
10
qht.az

10Источники