RU

İtkilər Şimali Koreyanı dayandırmadı: Qoşunlarını gücləndirir


Şimali Koreya Rusiya-Ukrayna müharibəsində ağır itkilər verməsinə baxmayaraq, Moskvaya hərbi dəstəyini artırmaq üçün hazırlıqlara başlayıb.
AZXEBER.COM xarici mediaya istin xəbər verir ki,  bu barədə Cənubi Koreya Baş Qərargahı Pxenyan rəhbərliyi açıqlayıb.

ABŞ, Cənubi Koreya və Ukrayna kəşfiyyatının məlumatına görə, Şimali Koreya indiyədək Rusiyaya böyük miqdarda artilleriya mərmiləri və digər adi silahlar verib. 
Məlumatda ötən ilin oktyabrında Rusiyaya təxminən 12 min Şimali Koreya əsgərinin göndərildiyi də bildirilib. Lakin bu əsgərlərin döyüş təcrübəsinin az olması, düzənlik şəraitində pilotsuz uçuş aparatlarına və artilleriya hücumlarına məruz qalmaları ciddi itkilərə səbəb olub.
Seul administrasiyası 300-ə yaxın Şimali Koreya əsgərinin öldürüldüyünü, 2700-nün yaralandığını bildirsə də Ukrayna prezidenti Vladimir Zelenski bu rəqəmin 4 min olduğunu iddia edib. 
ABŞ- kəşfiyyatının hesablamasına görə isə itkilərin sayı təxminən 1200 nəfərdir.
Избранный
20
50
azxeber.com

10Источники