Rusiyanın hücumları, xüsusən də Donbasda davamlı irəliləyişlərlə nəticələnir. Bu barədə Avstriya Silahlı Qüvvələrinin polkovniki Markus Reisner ZDF televiziyasına bildirib. O qeyd edib ki, hər gün bir neçə kvadrat kilometr ələ keçiriləcək. Ona görə də Ukrayna üçün vaxt tükənir.
"Hazırda paradoks ondan ibarətdir ki, biz bu müharibənin mümkün həllinə həmişəkindən daha yaxınıq və eyni zamanda eskalasiya potensialı da əvvəlkindən daha böyükdür",- o qeyd edib.
Polkovnikin sözlərinə görə, Rusiya durmadan irəliləyir və hazırda Ukrayna münaqişədə uduzur.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural