Kiyevə əlavə yardımın göstərilməsi Ukraynadakı münaqişənin sona çatmasına kömək etməyəcək.
Publika.az xəbər verir ki, bunu Trampın müstəqillik üzrə xüsusi nümayəndəsi Keyt Kelloq "Fox News"a müsahibəsi zamanı deyib.
Trampın “sağ əli” vurğulayıb ki, Ukraynada döyüşləri Qərbin indi müraciət etdiyindən tamamilə fərqli üsullarla dayandırmaq lazımdır. Kelloq əmindir ki, Kiyevə silah tədarükünü davam etdirmək sadəcə mənasızdır.
Qeyd edək ki, Trampın xüsusi nümayəndəsi Rusiyanın sülh danışıqlarına məcbur edilməsinin vacibliyini vurğulayıb.