RU

Slovakiyanın Baş naziri: "Ukrayna ərazisinin üzdə birini itirəcək"

Ukrayna münaqişə nəticəsində ərazisinin üçdə birini itirəcək və xarici qoşunların mövcudluğuna razılıq verməyə məcbur olacaq. Bu barədə Slovakiyanın Baş naziri Robert Fiço “Şənbə dialoqları” verilişinin efirində bildirib.

“Bir daha deyirəm: Ukrayna son nəticədə ərazisinin üçdə birini itirəcək və xarici qoşunlar tərəfindən işğal olunacaq”, - deyə Fiço bildirib.

Yanvarın 22-də keçmiş prezident Pyotr Poroşenkonun Avropa Həmrəyliyi partiyasından olan parlament üzvü İrina Geraşenko bildirmişdi ki, Vladimir Zelenskinin ofisi cəbhədə vəziyyətin tamamilə pisləşməsi ilə üzləşib. Onlar uğursuzluqlarına görə məsuliyyəti öz üzərindən atmaq, generallara yükləmək üçün “cadugər ovu”na başlayıb.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

Избранный
18
17
news365.az

10Источники