RU

Heç kim "Tesla" almasın! - Polşa da Maskı boykot etdi


Polşanın idman naziri Slavomir Nitras, milyarder İlon Maskın Almaniyada nasistlərin İkinci Dünya Müharibəsi zamanı törətdiyi dəhşətli cinayətlərə işarə edərək, "keçmiş günahlara çox diqqət yetirilir" deməsindən sonra polyakları "Tesla" avtomobilləri almamağa çağırıb.

Bakupost.az xəbər verir ki, bu barədə Bloomberg bildirib.

Qeyd edək ki, "Tesla"nın sahibi Almaniyanın ifrat sağçı “Almaniya üçün Alternativ” partiyasının siyasi mitinqində videobağlantı vasitəsilə danışdı və vurğulayıb:

“Uşaqlar nəinki ulu babaları, hətta ata-analarının günahlarına görə məsuliyyət daşımamalıdırlar”.

Onun bu sözləri Almaniyada kəskin reaksiya ilə qarşılanıb. Xüsusilə, kansler Olaf Şoltsun Sosial Demokratlar Partiyası və ölkənin ən böyük həmkarlar ittifaqı milyarderin hərəkətlərini tənqid edib.

Maskın şərhləri dünya liderləri Auşvits ölüm düşərgəsinin azad edilməsinin 90-cı ildönümünü qeyd edərkən Polşada da narazılıqla qarşılanıb. Məlumdur ki, 1939-cu ildə alman faşistlərinin ölkəyə hücumundan sonra 6 milyona yaxın polyak həlak olub.

"Bəlkə də milyardları olan cənab Mask özünə təhlükə hiss etmir. Amma Avropanın mərkəzində yaşayan və səksən il əvvəl baş verənləri xatırlayan hər bir normal insan buna biganə baxa bilməz. Bircə onu deyə bilərəm ki, yəqin ki, heç bir normal polyak artıq Tesla almamalıdır", - Polşalı nazir qeyd edib.

Zaur, BakuPost

Избранный
15
3
bakupost.az

10Источники