RU

Kolumbiya ABŞ ilə diplomatik böhranın bitdiyini elan edib

Bakı, TurkicWorld

Kolumbiya hökuməti, ABŞ tərəfindən deportasiya edilən qeyri-qanuni miqrantları daşıyan təyyarələrin ölkəyə enməsi ilə bağlı yaranan diplomatik böhranın həll edildiyini açıqlayıb.

TurkicWorld xəbər verir ki,Kolumbiyanın xarici işlər naziri Luis Gilberto Murillo, paytaxt Boqotada San Karlos sarayında təşkil olunan mətbuat konfransında, ABŞ administrasiyası ilə fikir ayrılığının aradan qaldırıldığını bildirib.

Nazir, qovulmuş kolumbiyalılarla bağlı , hökumətin onları qəbul etməyə davam edəcəyini və ləyaqətli şərait təmin ediləcəyini bildirib.

Qeyd edək ki, Kolumbiya prezidenti Qustavo Petro əvvəlcə ABŞ-dan deportasiya edilən miqrantları daşıyan təyyarələrin ölkəyə enməsinə icazə verməmişdi. Petro, ABŞ-ın kolumbiyalı miqrantlara hörmətlə yanaşmasını tələb etmişdi.

ABŞ prezidenti Donald Tramp isə bu qərara cavab olaraq, Kolumbiyadan idxal edilən bütün mallara yüksək gömrük rüsumları tətbiq edilməsi göstərişi vermişdi. Bundan əlavə, Kolumbiya rəsmilərinə və onların ailələrinə viza məhdudiyyətləri qoyulacağını elan etmişdi.

Nəhayət, aparılan danışıqlar nəticəsində, Kolumbiya ABŞ tərəfindən hava yolu ilə deportasiya edilən mühacirləri qəbul etməyə razılıq verib və yaranmış diplomatik böhran aradan qaldırılıb.

Избранный
26
28
turkic.world

10Источники