RU

Daha bir aviaşirkət təyyarəmizin vurulmasına görə Rusiya məkanından imtina etdi

Özbəkistan Hava Yolları yanvarın 20-dən etibarən Rusiya və Belarusun hava məkanından yan keçərək Avropa ölkələrinə uçuşlara başlayıb. 

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

Aviadaşıyıcının Avropa istiqamətində bütün reysləri Azərbaycan və Türkiyə ərazisindən həyata keçirilir.​​

Şirkət bu qərarı dekabrın 25-də Azərbaycan Hava Yollarına (AZAL) məxsus Bakıdan Qroznıya uçan Embraer E190 təyyarəsinin vurulmasından sonra verib. 

Qəzadan sonra səkkiz aviaşirkət Rusiyaya uçuşları qismən dayandırmaq qərarına gəlib. Onların arasında Qazaq Air, El Al, Flydubai, Serbian Air, Qanot Şərq, Türkmən Hava Yolları, Çin Cənubi və AZAL şirkətləri var.

Ağarza Elçinoğlu

Избранный
16
50
unikal.az

10Источники