RU

Azərbaycandakı kredit ittifaqları ötən ili mənfəətlə başa vurub

Azərbaycandakı kredit ittifaqları 2024-cü ili 0,1 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki, kredit ittifaqları 2023-cü ildən 0,25 milyon manat xalis zərərlə çıxmışdı.

“Report” bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Ötən il kredit ittifaqlarının gəlirləri 2,2 milyon manat (əvvəlki illə müqayisədə 4,35 % az), xərcləri 1,3 milyon manat (eyni qalıb), xüsusi ehtiyatlara ayırmaları 0,8 milyon manat (33,3 % az), mənfəət vergisi ödəmələri isə 0,1 milyon manat (60 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə kredit ittifaqlarının aktivləri 12,6 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 3,1 % azdır. Bunun 10,6 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə sektorun kredit portfeli 3,6 % kiçilib.

Hesabat dövründə kredit ittifaqlarının öhdəlikləri 20 % azalaraq 2,8 milyon manata, balans kapitalı isə 3,2 % artaraq 9,8 milyon manata çatıb.

Избранный
0
42
azpolitika.info

10Источники