RU

Azərbaycan millisi Litvanı məğlub etdi

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası UEFA Millətlər Liqasında ikinci oyununu keçirib.

Futbolpress.az xəbər verir ki, C Liqasının 4-cü qrupunda yer alan milli komanda Vilnüsdə Litva yığmasının qonağı olub. “Jalgiris” stadionunda təşkil olunan qarşılaşma yığmanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandanın heyətində qolları 21-ci dəqiqədə Esra Manya və 55-ci dəqiqədə Nigar Mirzəliyeva vurub. İlk turda Monteneqro seçməsi ilə qolsuz heç-heçə edən Siyasət Əsgərovun yetirmələri bu qələbə sayəsində xallarının sayını 4-ə çatdırıblar.

Azərbaycan millisi növbəti matçını aprelin 8-də səfərdə Monteneqro yığmasına qarşı keçirəcək.

Избранный
44
8
futbolpress.az

10Источники