AZ

“Xalq Bank”ın maliyyə vəziyyəti məlum olub - Hesabat

Xalq Bank 2024-cü il üzrə maliyyə hesabatlarını açıqlayıb.

APA-Economics” banka istinadən xəbər verir ki, ötən il “Xalq Bank”ın xalis mənfəəti 2023-cü illə müqayisədə 26.2% və ya 13.6 milyon manat artaraq 65 milyon 721 min manat təşkil edib. 2023-cü ildə bank 52 milyon 70 min manat xalis mənfəət əldə etmişdi.

Hesabat dövründə bankın faiz gəlirləri 13.8% artaraq 183 milyon 965 min manat, faiz xərcləri isə 47% artaraq 50 milyon 143 min manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 42 milyon 816 min manat ( illik müqayisədə 41.5% çox ), qeyri-faiz xərcləri isə 99 milyon 474 min manata ( illik müqayisədə 24% çox) bərabər olub. Beləliklə, bank bu dövrdə 77 milyon 163 min manat əməliyyat mənfəəti əldə edib ki, bu da 2023-cü ilə nisbətən 373 min manat azdır.

Ötən il bankın aktivləri 0.4% və ya 13.7 milyon manat azalaraq 3 milyard 68 milyon 845 min manat təşkil edib. Bu dövrdə bankın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 3.3% və ya 60.2 milyon manat artaraq 1 milyard 887 milyon 236 min manata çatıb.

Bu dövrdə “Xalq Bankın cəmi öhdəlikləri 2 milyard 557 milyon 855 min manat təşkil edib ki, bu da illik müqayisədə 0.8% və ya 20.4 milyon manat azdır.

Hesabat dövründə “Xalq Bank”dan 315 milyon manatdan çox depozit geri çəkilib. Belə ki, ötən il bankın depozit portfeli (banklar və digər maliyyə institutları istisna olmaqla) 14.2% və ya 315 milyon 609 min manat azalaraq 1 milyard 905 milyon 362 min manata enib.

2025-ci il yanvar ayının 1-nə “Xalq Bank”ın cəmi kapitalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.3% və ya 6.7 milyon manat artaraq 510 milyon 990 min manat təşkil edib.

Seçilən
9
50
apa.az

10Mənbələr