Bu il yanvarın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 53 milyard manat təşkil edib.
“APA-Economics” xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 7,8% və ya 3,8 milyard manat çoxdur.
2023-cü ildə sektorun cəmi aktivlərinin həcmi 49 milyard 178.2 milyon manata bərabər olub.
Ötən il bankların aktivlərinin 27 milyard 477,9 milyon manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 18,5 % böyüyüb, kreditlərin aktivlərdəki payı isə 47,1 %-dən 51,8 %-ə qalxıb.
Hesabat dövründə bank sektorunun öhdəlikləri 8,7 % artaraq 46 milyard 383 milyon manata, o cümlədən depozit portfeli 5,9 % artaraq 37 milyard 696,5 milyon manata çatıb.
Sektorun balans kapitalı isə 9,2 % artaraq 6 milyard 618,4 milyon manat təşkil edib.