AZ

«PAŞA Holding»in hansı bankı daha yaxşı işləyib? – «KAPİTAL BANK», yoxsa «PAŞA BANK» - MÜQAYİSƏ

2024-cü il Azərbaycanın bank sektorunda əvvəlki il baş vermiş dezinfeksiya tədbirlərindən sonra «qaykaların öərkidilməsi» ili kimi yadda qaldı. İl boyu banklara olan tələblər yeniləndi, tənzimləyici çərçivələrə əl gəzdirildi. Eyni zamanda öt ən il bank sektorunda «Paşa Holdinq»ə məxsus olan iki bank arasında qeyri-rəsmi rəqabətinin növbəti ili kimi qaldı.

Müştərilərin "Paşa Bank"dakı - ƏMANƏTLƏRİ AZALDI - HESABAT

Müştərilərin "Kapital Bank"dakı əmanətləri 2,6 milyard manatdan çox artıb

FED.az eyni holdinqə məxsus olan bankların fəaliyyətini müqayisə edib.

Bank sektorunda «Paşa Holdinq»in payı 40%-ə yaxınlaşır

Azərbaycanın bank sektoru böyüdükcə, burada «Paşa Holdinq»ın payı da artır. Artıq holdinqə məxsus iki bank – «Paşa Bank» və «Kapital Bank» bank sektorunun 3-də birindən də artıq yer tutur. Rəsmi məlumatlara görə, 2024-cü ilin sonuna 22 bankın cəmi aktivləri 52,9 milyard manat olub. «Paşa Bank» və «Kapital Bank» aktivləri isə ümumi göstəricinin 37%-ini əhatə edib.

Xatırladaq ki, 2023-cü ilin sonuna ölkənin bank sektorunun ümumi aktivləri 49,2 milyard manat təşkil edib ki, bunun 17,3 milyard manatını və ya 35,2%-ni «Paşa Bank» və «Kapital Bank» təşkil etmişdi.

Ölkənin ən böyük ...ikinci bankı uğrunda yarış – «Kapitalbank» önə çıxdı

Azərbaycanın bank sektorunda baş verən çoxsaylı dəyişikliklərə baxmayaraq bank sektorunun lideri dəyişməz olaraq qalır. Azərbaycan Beynəlxalq Bankı – ABB bank-ın aktivlərinin həcmi il buyu 13 milyarddan artıq olub – bank ilin sonunda da bu rəqəmi qoruyub saxlayaraq 13,7 milyard manat aktivə malik olub. Və bu göstərici üzrə hələ də «Paşa»nın bankları üçün əlçatmazdır.

Ona görə də «Kapital» və «Paşa Bank»ın qeyri-rəsmi böyüklük yarışının əsas hədəfi ölkənin «ən böyük ikinci bankı» və ya «ən böyük özəl bankı» tituludur. Ötən il bu yarışda «Kapitalbank» böyük fərqlə irəli çıxıb.

Belə ki, 2023-cü ildə iki bankın aktivləri bir-birindən demək olar fərqlənmiirdi və 8,6 milyard manat ətrafında idi. 2024-cü ildə isə «Kapitalbank» aktivlərinin həcminə görə «Paşa Bank»dan kəskin şəkildə irəli çıxıb.

Ötən il «Kapitalbank»ın aktivləri artıb, «Paşa Bank»da isə əksinə, azalıb. Belə ki, «Paşa Bank»ın aktivləri 431 milyon manat və ya 5% azalaraq 8 220 milyon manata çatıb. «Kapital Bank»da isə 2 milyard 712 milyon manat və ya 31% faiz artım olub.

Nəticədə 2024-cü ilin nəticələrinə görə isə «Kapitalbank» aktivlərinin həcminə görə «Paşa Bankı»ı 3 milyard manatdan çox geridə qoyub.

 

Min manat

Banklar

Min manat

“Kapital Bank”

Banklar

“Paşa Bank”

11 372 270

Aktivlər 2024

8 220 178

8 659 618

Aktivlər 2023

8 651 371

31% / 2 712 652

Aktivlərin dəyişməsi (%/manat)

-5% / - 431 193

Son 6 illik dinamikaya baxanda bu göstəricidə adətən «Paşa Bank» irəlidə idi – 2019,2020, 2022-ci illərdə. «Kapitalbank» isə 2021, 2023 və 2024-cü ilin sonunda önə keçib.  

Aktivlər

Milyon AZN

2019

2020

2021

2022

2023

2024

“Paşa Bank”

4 767

5 513

6 408

8 520

8 651

8 220

“Kapital Bank

4 143

5 227

6 709

7 822

8 660

11 372

Son 5 il ərzində aktivlərin artımı üzrə orta göstərici də «Kapitalbank»ın xeyrinədir – 132 illik bank son 5 ildə illik 23% sürətlə böyüyüb, «Paşa Bank»da bu göstərici 12%-dir.

“Kapital Bank”

Aktivlər dinamika

“Paşa Bank”

26%

2020

16%

28%

2021

16%

17%

2022

33%

11%

2023

2%

31%

2024

-5%

23%

2019-2024 (orta)

12%

Bankların miqyas və ölçülərini göstərən digər göstəriciləri də təqribən eyni trayektoriya üzrə dəyişib.

Öhdəliklərin həcminə görə «Kapital Bank» önə çıxıb

2024-cü il ərzində «Kapital Bank» öhdəlikləri «Paşa Bank»ın öhdəliklərini 1,5 dəfəyə yaxın üstələyib və 10 444 milyon manata çatıb, «Paşa Bank»ın öhdəliklərinin həcmi 7 313 milyon manat təşkil edib. Öhdəliklərin həcmi üzrə göstərcilərə baxdıqda «Paşa Bank»ın öhdəliklərin həcmi yalnız 2021 və və 2024-cü il ərzində «Kapital Bank» öhdəlik göstəricisindən az olub.

Öhdəliklər

Milyon AZN

2019

2020

2021

2022

2023

2024

“Paşa Bank”

4292

4 972

5 831

7 857

7 814

7 313

“Kapital Bank

3 718

4 593

6 061

6 995

7 748

10 444

 

Bəs «Kapital Bank»ın öhdəlikləri nəyin hesabına artıb?

«Kapitalbank»ın öhdəlik yarışında önə çıxaran məqam hər iki bankın depozit portfelində baş verənlər olub. «Kapital Bank»da depozitlər 2,6 milyard manat artaraq 6,3 milyard manatdan təqribən 9 milyard manata yüksəlib. Özü də bu dəfə «Kapital Bank» «Paşa Bank»ın «meydanında oynamağa» başlayıb – «Kapital Bank»ın depozit portfelinin əhəmiyyətli hissəsi hüquqi şəxslərin depoziti hesabına böyüyüb. Bu sahədə təqribən 2 milyard manat artım baş verərək 4,4 milyard manatdan 6,4 milyard manata yüksəlib. Daha 700 milyon manatı isə «Kapital Bank»a fiziki şəxslər gətiriblər.

«Paşa Bank»da depozit portfeli ilə bağlı vəziyyət fərqlidir. 2024-cü ildə bankın öhdəlikləri kimi, depozit portfeli də 500 milyon manat azalıb və 6,9 milyard manatdan 6,4 milyard manata enib. Ən pisi budur ki, «Paşa Bank»ın depozit portfeli hüquşi şəxslərin depoziti hesabına azalıb – 2024-də şirkətlər bu bankdan 800 milyon manat çıxarıblar. Fiziki şəxslərin əmanətlərinin 250 milyon manat artması şirkətlərin hesablarındakı azalmanıkompensasiya etməyib.

Şirkətlərin depozitləri

2021

2022

2023

2024

“Kapital Bank”

4 028 milyon

4 456 milyon

4 415 milyon

6 384 milyon

“Paşa Bank”

3 389 milyon

5 435 milyon

5 301 milyon

4 522 milyon

 

Kapital göstəricisində «Kapital bank» öndədir.

Sonuncu illik göstərici də «Kapital»ın xeyrinədir – 907 milyon manata qarşı 928 milyon manat.

Özü də bu məbləğin 599 milyon manatı bölüşdürülməmiş mənfəətdir. Bankın sahibləri isə indiyədək bura kapital kimi, cəmi 266 milyon manata yatırıblar. Yəni bankın cəmi kapitalının üçdə bir hissəsini.

«Paşa Bank»da vəziyyət fərqlidir. Səhmdarları indiyədək «Paşa Bank»a «Kapital»dan daha artıq – 354 milyon manat vəsait yatırıblar. «Paşa Bank» da 484 milyon manat bölüşdürülməmiş mənfəətə sahibdir. Üstəlik 2024-cü il «PaşaBank»ın kapitalı daha sürətlə 8% artıb, «Kapital Bank»ın kapitalında 2% artıb olub.

Kapital

Milyon AZN

2019

2020

2021

2022

2023

2024

“Paşa Bank”

475

541

577

663

837

907

“Kapital Bank

425

634

648

827

911

928

 

Fiziki şəxslərin əmanətlərində «KapitalBank» «Paşa Bank»ı üstələyib

Son dörd ilin nəticələri göstərib ki, «Kapital»a etibar edən fiziki şəxslərin sayı və ya pulu artmaqdadır. 2023-cü ildəki 260 milyon manatlıq artımdan sonra dinamika 2024-cü ildə də davam edib və əmanətlər daha 688 milyon manat artıb. Nəticədə 2024-ün sonuna «Kapitalbank»da əmanətlərin məbləği 2,6 milyard manata yaxınlaşıb.

«Paşa Bank»da isə – 2023-cü ildə fiziki şəxslərin əmanətlərində baş verən 65 milyon manatlıq artımdan sonra 2024-cü ildə əmanətlər daha 250 milyon manat artaraq 1 milyard 888 milyon manata çatıb. Bu göstəricidə artım sürəti «Kapital»ın xeyrinədir – illik 16%-ə qarşı 36%.

Əmanətlər

2021

2022

2023

2024

“Kapital Bank”

1 165 milyon

1 642 milyon

1 906 milyon

2 594 milyon

“Paşa Bank”

1 641 milyon

1 569 milyon

1 634 milyon

1 888 milyon

 

 

Şirkətlərin depozitləri

2021

2022

2023

2024

“Kapital Bank”

4 028 milyon

4 456 milyon

4 415 milyon

6 384 milyon

“Paşa Bank”

3 389 milyon

5 435 milyon

5 301 milyon

4 522 milyon

 

Bankların «çörək ağacı» - Kredit portfellərinin müqayisəsi

«KapitalBank» və «Paşa Bank»ın kredit portfellərinin cəmi ölkənin bütün bank sistemindəki kreditlərin 30%-nə çatır. «Paşa»nın bankları bu göstəricidə də yalnız Azərbaycan Beynəlxalq Bankından geri qalırlar. Kreditlərin həcminə görə isə «Kapitalbank» öndədir – 3,3 milyard manata qarşı 5,2 milyard manat.

Üstəlik «Kapital»ın kredit portfeli daha sürətlə artır. 2023-cü ildəki 1,1 milyard manatlıq artımdan sonra dinamika 2024-də də davam edib və ötən il kredit portfeli daha 1 milyard manat və ya 22% böyüyüb.

«Paşa Bank»da isə kredit portfeli daha yavaş artır - 2023-ci ildəki 4%-lik artımdan sonra 2024-cü ildə kreditlər 500 milyon manat və ya 17% yüksəlib.

Kredit portfeli

2021

2022

2023

2024

“Kapital Bank”

2 653 milyon

3 158 milyon

4 272 milyon

5 211 milyon

“Paşa Bank”

2 546 milyon

2 728 milyon

2 835 milyon

3 303 milyon

 

«Kapitalbank» «Paşa Bank»ın «ərazisinə» daxil olur

«Paşa» və «Kapital»ın kredit portfelləri ilə bağlı ən maraqlı məqamlar onun həcmi deyil, tərkibidir. Burada son iki ildə diqəti cəlb edən proseslər baş verib. Əvvəla qeyd edək ki, son 4 ilə qədər bu 2 bankın ölkənin ümumi «bank piroqu»nda iddia etdiyi sahələr şərti olaraq bölünmüşdü - .  «Paşa Bank» korporativ sektora, «Kapital» isə fiziki şəxslərə fokuslanmışdı. Amma 2020-ci ildən başlayaraq «Kapital Bank» biznes sektoru – kiçik və orta bizneslə daha yaxından işləyir və bu da onun göstəricilərində özünü göstərir.

Biznes kreditləri «Paşa Bank»ın açıq aşkar üstün olduğu sahədir – 3 milyard manat və ya bütün potrtfelin 91%-i. «Kapital bank» bu göstəricidə geridədir – 1,6 milyon manat və ya portfelin 32%-i. Amma banklarda dinamika fərqlidir.

Hələ 4 il bundan əvvəl - 2019-cu ilin sonunda «Kapitalbank» elan etdi ki, kiçik və orta biznesə xidmətləri, o cümlədən kreditləşməni artıracaq. O vaxtdan bəri bankın biznes kreditləri daha sürətlə artmağa başlayıb.

2023-cü ildə «Kapita Bank»da biznes kreditləri 441 milyon manat və ya 49% artıb. «PaşaBank» artım cəmi 248 milyon manat və ya 11% olub. 2024-cü ildə vəziyyət bir qədər dəyişib. Belə ki, «Kapital Bank»da biznes kreditləri 318 milyon manat və ya 23% artıb, «PaşaBank» artım sürətlənərək 16% həcmində - 409 milyon manat olub.

Nəticədə 2024-cü ilin yekununda da «Paşa»nın biznes kredit portfeli «Kapital»ı təqribən 2 dəfəyə yaxın üstələyib.

İstehlak kreditlərində isə «Kapitalbank»ın istehlak kreditləri il ərzində 586 milyon manat və ya 25% artıb, «Paşa Bank»da istehlak kreditləri göstəricisi cuzi məbləğdə - 5 milyon manata yaxınn başqa sözlə 6% artıb.

“Kapital Bank”

Kredit növləri (2024)

Min manatla

“Paşa Bank”

1 666 458

Biznes kreditləri

3 002 987

316 724 / 23%

Biznes kreditlər dinamika

(min manat / %)

408 663 / 16%

 

   

2 939 440

İstehlak kreditləri

90 444

585 865 / 25%

İstehlak kreditləri dinamika

(min manat / %)

4 769 / 6%

 

 

 

605 309

Daşınmaz əmlak kreditləri

209 846

36 796 / 6%

Daşınmaz əmlak kreditləri dinamika

(min manat / %)

54 401 / 35%

 

Portfellərin gəlirliyi – faiz gəlirləri

Daha bir maraqlı məqam – kredit portfelinin gəlirliyidir. Yuxarıda qeyd edildiyi kimi, «Kapitalbank» istehlak, «Paşa Bank»isə biznes kreditləri üzrə ixtisaslaşıb. Bu məqam kredit portfelinin gəlirliyinə də təsirini göstərir.

2024-cü ildə «Kapital Bank»ın kredit portfeli üzrə faiz gəlirləri 702 milyon manat, kredit portfelinin gəlirliliyi 13% təşkil edib.

«Paşa Bank»ın kreditdən faiz gəlirləri isə 265 milyon manat, portfelin gəlirliliyi isə təqribən 8% təşkil edib.

Kredit portfeli gəlirlilik– 2024

Banklar

Kredit portfeli

Kredit faizi gəliri

Portfelin şərti gəlirliliyi

«Kapital Bank»

5 211 milyon AZN

702 milyon AZN

13%

«Paşa Bank»

3 303  milyon AZN

265 milyon AZN

8%

Amma bu banklar təkcə kredit portfelindən qazanmırlar. «Paşa Bank» və «Kapitalbank» ölkənin qiymətli kağızlar bazarının ən böyük investorlarındandırlar.

«Paşa Bank» qiymətli kağızlara – xüsusilə də dövlət istiqrazlarına 1 milyard 849 milyon manat yatırıb 127 milyon manat əldə edib – şərti gəlirlilik göstəricisi 7%.

«Kapital Bank» isə bu sahəyə 3 milyard 111 milyon manat yatıraraq 85 milyon manat qazanıb – şərti gəlirlilik göstəricisi – 3%.

Qiymətli kağızlar portfeli gəlirliyi – 2024

BANKLAR

QK sərmayələr

QK faiz gəliri

Portfelin şərti gəlirliliyi

«Kapital Bank»

3 111 milyon AZN

85 milyon AZN

3%

«Paşa Bank»

1 849 milyon AZN

127 milyon AZN

7%

 

Hər iki bank digər banklara kreditlər verir və depozitlər yerləşdirir

«Paşa Bank» 2023-cü ildə başqa banklara 1 378 milyon manatlıq kredit verib və ya depozit yerləşdirib, bundan - 84 milyon manat əldə edib. Şərti gəlirlilik göstəricisi – 6%

«Kapital Bank» isə ötən il başqa banklara kredit və ya depozit formasında 66 milyon manat yerləşdirib, bundan 35 milyon manat əldə edib. Şərti gəlirlilik göstəricisi – 53% təşkil edib.

Ümumiyyətlə faiz gəlirləri sahəsində «Kapitalbank» 2024-cü ildə «Paşa Bank»ı 372 milyon manat üstələyib -  478 milyon manata qarşı 850 milyon manat

Başqa banklardakı depozit və kredit portfeli gəlirliyi – 2024

Banklar

Kredit-depozit portfeli

Faiz gəliri

Portfelin şərti gəlirliliyi

«Kapital Bank»

66 milyon AZN

35 milyon AZN

53%

«Paşa Bank»

1 378 milyon AZN

84 milyon AZN

6%

 

Qeyri-faiz gəlirləri

Qeyri-faiz gəlirlərində də «Kapitalbank» rəqibini təqribən 2,4 dəfə qabaqlayır. 2024-cü ildə bankın qeyri-faiz gəlirləri 148 milyon manat başqa sözlə 31% artaraq 625 milyon manata çatıb. «Paşa Bank»ın qeyri-faiz gəlirləri isə 14% artımla 251 milyon manata yüksəlib.

Qeyri-faiz gəlirləri

2023

2024

“Kapital Bank”

477 milyon AZN

625 milyon AZN

“Paşa Bank”

221 milyon AZN

251 milyon AZN

 

Əsas məsələ - hansı bank səhmdara daha çox qazanc gətirir?

«Paşa Holdinq»in Azərbaycandakı hər iki bankı yüksək mənfəətlə işləyir. Amma 2023-cü ildə «Kapital Bank» daha öndə olsa da, 2024-cü ildə vəziyyət dəyişib. Ötən il xalis mənfəətin həcminə görə, «Paşa Bank» önə çıxıb.

Buna səbəb ehtiyat ayırmalar olub. Yuxarıda qeyd edildiyi kimi, 2024-cüm ildə «Kapital Bank» gəlirlərin həcminə görə «Paşa Bankı» üstələyib. Bu proses son nəticədə özünü əməliyyat mənfəətində göstərib: «Kapital»da əməliyyat mənfəəti 420 milyon manat, «Paşa Bank»da isə cəmi 262 milyon manat olub. Amma «Kapital Bank» bu vəsaitin 159 milyon manatını mümkün zərərlər üzrə ehtiyata ayırıb. «Paşa Bank»da isə əksinə, zərərlərdən 5 milyon geri qaytarılıb.

Nəticədə xalis mənfəət göstəricisi 2024-cü il üzrə «Paşa Bank»da 12 milyon artaraq 211 milyona çatıb, artım 6% olub. «Kapital Bank»ın mənfəəti isə 55 milyon azalaraq 187 milyona düşüb, azalma 23% həcmindədir.

Xalis mənfəət

2021

2022

2023

2024

KapitalBank

180 milyon AZN

308 milyon AZN

242 milyon AZN

187 milyon AZN

Paşa Bank

90 milyon AZN

149 milyon AZN

199 milyon AZN

211 milyon AZN

 

5 ildə 1,2 milyard manat xalis mənfəət

Ümumilikdə son 5 ildə «Paşa Bank» 733 milyon manat xalis mənfəət əldə edib. Bankın orta illik mənfəət göstəricisi 147 milyon manatdır. «Kapital Bank» isə bu dövrdə 1 milyard 220 milyon manat qazanıb. Orta illik mənfəət göstəricisi 244 milyon manat təşkil edib.

Xalis mənfəət

2020

2021

2022

2023

2024

“Kapital Bank”

303 mln AZN

180 mln AZN

308 mln AZN

242 mln AZN

187 mln AZN

“Paşa Bank”

84 mln AZN

90 mln AZN

149 mln AZN

199 mln AZN

211 mln AZN

 

Gəlirlilik göstəriciləri ROA və ROE üzrə – «Paşa Bank» irəlidədir

Bankların fəaliyyətinin səhmdarlar üçün əsas göstəricilərindən biri - ROE əmsalı – bankın xalis mənfəətinin onun kapitalına nisbətidir. Bu göstərici üzrə müqayisədə «Kapitalbank» rəqibindən geri qalır. 2023-cü ildə «KapitalBank»ın ROE göstəricisi 26,57% olduğu halda, «Paşa Bank»da bu göstərici 23,79% olub. 2024-cü ildə isə vəziyyət dəyişib və «Paşa Bank»da ROE əmsalı 23,27% təşkil edib - «Kapitalbank» isə 20,15%.

Kapitalın gəlirliyi - ROE

ROE əmsalı

2023

2024

“Kapitalbank”

26.57%

20.15%

“Paşa Bank”

23.77%

23.27%

 

Aktivlərin gəlirliyi– ROA

«Kapital Bank»«Paşa Bank»ın ROA əmsalları, onların aktivlərindən nə qədər mənfəət əldə etdiyini göstərir. Yüksək ROA əmsalı, bankın aktivlərini yaxşı istifadə etdiyini göstərir.

«Kapital Bank» 2023-cü ildə 2.79%-lik ROA ilə yaxşı mənfəət əldə edib, amma 2024-cü ildə bu göstərici 1.64%-ə düşüb. «Paşa Bank» isə 2023-cü ildən 2024-cü ilə keçid edərkən, ROA əmsalını 2.30%-dən 2.57%-ə qaldırıb.

ROA əmsalı

2023

2024

“KapitalBank”

2.79%

1.64%

“Paşa Bank”

2.30%

2.57%

Seçilən
20
50
fed.az

10Mənbələr