AZ

"Kapitalbank"ın qeyri-faiz gəlirləri 625 milyon manata yaxınlaşıb

Ötən ilin sonuna "Kapitalbank"ın qeyri-faiz gəlirləri 624,7 milyon manat olub.

FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.

Məlumata görə bu illik 147,9 milyon manat və ya 31% çoxdur.

Bunun 562,5 milyon manatı alına haqq və komissiya gəlirlərinin payına düşüb.

Bu göstərici son bir il ərzində 140,8 milyon manat və ya 33% artıb.

«Kapitalbank»ın xarici valyuta əməliyyatlarından gəlirləri də 892 min manat (2%) artaraq ötənilki 50,9 milyon manatdan bu il 51,8 milyon manata yüksəlib.

Bankın digər faiz gəlirlərində də artım baş verib. Belə ki, illik 4,3 milyon manat (95,6%) artımla bu gəlirlər 4,5 milyon manatdan 8,8 milyon manata yüksəlib.

Seçilən
18
49
fed.az

10Mənbələr