Belarusda həftəsonu keçiriləcək prezident seçkiləri üçün erkən səsverməyə start verilib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, yanvarın 26-da keçiriləcək prezident seçkilərində səs verməyə gedə bilməyən vətəndaşlar üçün seçki qutuları açılıb.
Səsvermə 7 milyona yaxın seçicinin qeydə alındığı ölkədə 5 gün ərzində keçiriləcək.
Yeni prezident bazar günü keçiriləcək seçkilərdən sonra bəlli olacaq.
Belarusda keçirilən prezident seçkilərində hazırkı prezident Aleksandr Lukaşenko, Belarus Liberal Demokrat Partiyasının lideri Oleq Qaydukeviç, Respublika Ədalət və İşçi Partiyasının lideri Aleksandr Hijnyak, Belarus Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Sergey Sırankov və iş qadını Anna Kanopatskaya namizəddirlər.
Qeyd edək ki, ölkənin ilk prezidenti olan Lukaşenko bu seçkiyə qədər iştirak etdiyi 6 seçkinin hamısında qalib gəlib.
Cəmalə