Belarus Mərkəzi Seçki Komissiyasının rəhbəri İqor Karpenko Avropa Parlamentinin seçkilərlə bağlı qətnaməsini respublikanın seçki suverenliyinə müdaxilə adlandırıb.
“Əlbəttə təkcə Belarusa təzyiq yox. Bu, ölkəmizin seçki suverenliyinə birbaşa müdaxilədir”, – deyə RİA Novosti ondan sitat gətirir.
Avropa Parlamenti bundan əvvəl Belarusdakı seçkilərin nəticələrini tanımamağa və respublikaya qarşı sanksiyaları genişləndirməyə çağıran qətnamə qəbul edib.
DOĞRU.AZ