AZ

Belarusda keçirilən prezident seçkilərində seçicilərin 7,81%-i vaxtından əvvəl səs verib

Prezident seçkilərində erkən səsvermənin ilk günündə Belarus seçicilərinin fəallığı 7,81% təşkil edib.

Bu barədə Respublika Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Brest vilayətində vətəndaşların 8,95 faizi, Vitebsk vilayətində – 7,45 faizi, Qomel vilayətində – 7,01 faizi, Qrodno vilayətində – 6,08 faizi, Minsk vilayətində – 8,52 faizi, Mogilev vilayətində – 7,25%, Minskdə – 8,54%.

Bundan əvvəl Belarus Mərkəzi Seçki Komissiyasının rəhbəri İqor Karpenko   hazırkı “aqressiv” geosiyasi mühit fonunda respublikada prezident seçkiləri zamanı müxtəlif hadisələrə hazır olduğunu bəyan edib.

DOĞRU.AZ

Seçilən
13
17
dogru.az

10Mənbələr