AZ

Politoloq: Rusiya Ermənistana sərt üzünü göstərə bilər...

Dünən Moskvada Rusiya və Ermənistanın xarici işlər nazirləri bir araya gəliblər...

Politoloq: “RusiyaErmənistan xarici işlər nazirlərinin keçirilən görüşü ABŞ ilə Ermənistanın imzaladığı strateji tərəfdaşlıq xartiyası sonrası baş tutmasını iki ölkənin bir-birinə hərbi müttəfiq kimi izahat verməsi baxımından keçirildiyi mütləqdir”.

Rusiya Ermənistanın hələlik bu şıltaqlıqlarına dözüm göstərir. Atdığı addımları xoş məramla qarşılayır”.

Bu sözləri politoloq Azər Qasımov Rusiya-Ermənistan xarici işlər nazirlərinin görüşünü Poliqon-a şərh edərkən qeyd edib.

Dünən Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bir araya gəliblər. Görüş Moskvanın Ermənistanla ABŞ arasında imzalanan strateji əməkdaşlıq sazişinindən yaranan narahatlığı fonunda baş tutub.

Bu görüşün nəticələrini necə şərh etmək olar? Moskva 10 il əvvəl məhz belə bir sazişlə bağlı Ukraynaya qarşı göstərdiyi dözümsüzlüyü əksinə olaraq, İrəvana qarşı çox dözümlü davranır və bunun səbəbi nədir?

Rusiya-Ermənistan münasibətlərinin indiki mərhələsini Poliqon-un əməkdaşı politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “Hesab edirəm ki, bu görüşdə ancaq Lavrov danışıb, Mirzoyan qulaq asıb”.

Hamının Rusiyanın mahiyyətini bildiyini vurğulayan politoloq Poliqon-a bildirib ki, Ermənistanın Rusiyaya hansısa şərtlər qoyması ancaq Rusiyanın imkan verdiyi qədər ola bilər:

RusiyaErmənistan xarici işlər nazirlərinin keçirilən görüşü ABŞ ilə Ermənistanın imzaladığı strateji tərəfdaşlıq xartiyası sonrası baş tutmasını iki ölkənin bir-birinə hərbi müttəfiq kimi izahat verməsi baxımından keçirildiyi mütləqdir. Rusiya Ermənistanın mövcud hakimiyyətinin məqsədləri barədə məlumat almaq istəyir. Bu baxımdandır ki, görüş öncəsi nazirlərin süni gülüş göstərişləri sezilirdi.

Rusiya Ermənistanın hələlik bu şıltaqlıqlarına dözüm göstərir. Atdığı addımları xoş məramla qarşılayır. Məsələ ondadır ki, Rusiya Ermənistanı ehtiyac halında necə yola gətirəcəyini bilir. Ermənistanın dövlət kimi bütün rıçaqları Rusiyanın əlindədir. Ermənistan Rusiyanın maraqlarına uyğun olmayan ciddi addımlar ata bilməz. Böyük ehtimalla bu görüşdə də bunlar erməni tərəfinə başa salınıb. Deyilib ki, Ermənistan daxilində hansı quruluş qurursunuz qurun. Kiminlə nə imzalayırsınız imzalayın. Özünüzü demokratik ölkə kimi göstərib kimdən nə alırsınız alın. Amma Rusiyanın istəmədiyi hansısa addım atsanız onda bizim tərs üzümüzü görəcəksiniz.

Hesab edirəm ki, bu görüşdə ancaq Lavrov danışıb, Mirzoyan qulaq asıb. Dərsini alıb, sonra isə “suyu süzülmüş” geri qayıdıb. Hamı Rusiyanın mahiyyətini bilir. Odur ki, Ermənistanın Rusiyaya hansısa şərtlər qoyması ancaq Rusiyanın imkan verdiyi qədər ola bilər”.

Nərminə UMUDLU
Poliqon.info

Seçilən
8
50
poliqon.info

10Mənbələr