AZ

Ermənistanın silahlanması ciddi təhlükə təşkil etməyib, etməyəcək də - ÖZƏL

"Ermənistanın silahlanması Azərbaycan üçün ciddi təhlükə təşkil etməyib, etməyəcək də".

Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

""0+0=0" deyə bir deyim var. Ermənistan nə qədər güclənsə, nə qədər silahlansa da, Azərbaycanın qarşısında duruş gətirə bilməyəcək. Biz unutmamalıyıq ki, Ermənistanın ümumi dövlət büdcəsi 2025-ci il üçün yeddi milyard dollar ikən, Azərbaycanın təkcə hərbi büdcəsi beş milyard dollara yaxındır, demək olar ki, beş milyard dollardır. Yəni bu rəqəmlər artıq kimin hansı qüdrətə sahib olduğunun göstəricisidir. Ona görə də Ermənistanı silahlandıranlar, sadəcə olaraq, özləri üçün bazar açıb, silahlarını satıb pul qazanmaqla məşğuldur. Təəssüflər olsun ki, Ermənistanda da bunun fərqinə vara bilmədikləri üçün o kampaniyada iştirak edib pullarını xərcləyirlər. Sanki Azərbaycana qarşı hansısa güc mövqeyindən çıxış edə bilərlər. Azərbaycan açıq şəkildə Ermənistana həmişə deyir ki, biz güc müstəvisində məsələlərin həllindən yana deyilik, hər bir məsələni masa arxasında həll etməkdən yanayıq. Amma buna baxmayaraq Ermənistan anlamır, anlamadığına görə də olan qalan pulunu da verib silah almaqla məşğuldur və çox vaxt da aldığı silahlar vaxtı keçmiş, köhnəlmiş silahlar olur, hərbi sursatlar olur, işə də yaramır. İkinci Qarabağ müharibəsi günlərində biz Ermənistanın silahlarının dırnaq arasında nəyə qadir olduğunu görmüşük. Yəni o baxımdan mən düşünürəm ki, Ermənistan özü üçün dərs çıxarsa, faydasına olar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
14
41
olaylar.az

10Mənbələr