Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Zeynal Əmrəliyev deyib:
"Qarşı çıxan hökumətdir, çünki hökumət istəmir, müxalifət dəstəkləyir. Müxalifətin bunu dəstəkləməkdə əsas məqsədi onların arxasında olan kütlədən istifadə etməkdir. Arayik Harutyunyan və digərləri Köçəryan, Sarkisyan blokuna yaxın olan şəxslərdir. Növbəti seçkilərdə və mitinqlərdə onların gücündən istifadə etmək niyyətindədirlər. Paşinyan hökuməti təbii ki, bunu istəmir. Sadəcə olaraq açıq şəkildə də onlardan imtina edə bilmirlər və müəyyən qədər barəsində təzadlı fikirlər səsləndirilir. Təbii ki, son qərarı Azərbaycan verəcək. Azərbaycan məhkəməni Azərbaycan qanunları əsasında beynəlxalq prinsiplərə hörmət etməklə aparır. Bu məhkəmə prosesində son qərarı Azərbaycan məhkəməsi verəcək. Paşinyan hökumətinin və ya erməni müxalifətin nə istədiyi yox, Azərbaycan məhkəməsinin hansı qərar verəcəyi önəmlidir. Ancaq yenə də bu kimi müzakirələr Ermənistan cəmiyyətində, siyasi həyatında müəyyən qədər təzadlar və qarşıdurmalar yarada bilər".
Qiymət Mahir