AZ

Davos Azərbaycan üçün strateji bir tədbirə çevrildi– ÖZƏL

"Davos  Azərbaycan üçün strateji bir tədbirə çevrildi. Azərbaycan strateji müttəfiqi İsraillə münasibətləri bir daha müzakirə etdi, Avropa İttifaqının əsas ölkəsi, bizə rəqib Fransadırsa, ittifaqın bir digər güclü ölkəsi  Almaniya ilə münasibətlərimizin növbəti bir sferası müzakirə olundu". 


Bu fikirləri siyasi şərhçi Əziz Əlibəyli Olaylar.az-a açıqlamasında bildirib:

"Azərbaycan və ABŞ münasibətlərində yeni bir mərhələ açmaq baxımından Davos İqtisadi Forumu xüsusi rol oynayır. ABŞ-Azərbaycan əlaqələri son illərdə enerji, təhlükəsizlik və ticarət sahələrində inkişaf etsə də, forum bu münasibətləri daha da dərinləşdirmək üçün strateji imkan yaradıb.

Davosda Azərbaycanın iştirakının təkcə iqtisadi deyil, həm də siyasi əhəmiyyət daşıdığı aydındır. Forum, Azərbaycanın təkcə enerji resursları ilə deyil, həm də siyasi təşəbbüsləri ilə qlobal arenada mövqeyini möhkəmləndirməsinə şərait yaradır.

Beləliklə, Davos Azərbaycan üçün sadəcə bir tədbir deyil, ölkənin beynəlxalq siyasət və iqtisadiyyatdakı strategiyasını qurmaq və inkişaf etdirmək üçün mühüm bir platformadır".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
5
44
olaylar.az

10Mənbələr