Bakı. Trend:
ABŞ Çinlə münasibətləri yaxşılaşdırmaqda qərarlıdır və həmçininÇinin Ukraynadakı münaqişənin həllinə kömək edəcəyini gözləyir.
Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald TrampDavosda Dünya İqtisadi Forumunun iştirakçıları qarşısındavideobağlantı vasitəsilə çıxış edərkən deyib.
"Biz Çinlə yaxşı münasibətlər qurmağı və onlarla yaxşı yolagetməyi səbirsizliklə gözləyirik. Ümid edirəm ki, Çin bizə Rusiyavə Ukrayna arasında müharibəni dayandırmağa kömək edəcək", - deyəABŞ prezidenti bildirib.