Ukrayna prezidenti Vladimir Zelenski atəşkəsə nail olmaq üçün Rusiya ilə danışıqlara hazır olduğunu bildirib.
Publika.az xəbər verir ki, o, bu barədə ABŞ prezidenti Donald Trampa məlumat verib.
"Bəli, o, (Vladimir Zelenski - red.) Rusiya ilə razılaşmanı müzakirə etməyə hazırdır", - Tramp qeyd edib. Həmçinin ABŞ prezidenti Zelenskinin bu münaqişəyə son qoymaq istəyini qeyd edib.
Bundan əvvəl Donald Tramp da Rusiyanı Ukraynada hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb. O, xəbərdarlıq edib ki, əks halda ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək.