AZ

Fransa: Zelenski Ukraynada sülh prosesini pozmağa çalışır

Ukrayna prezidenti Vladimir Zelenski Ukraynada sülh prosesini pozmağa çalışır.

Turkustan.az bunu fransalı siyasətçi, Patriotlar partiyasının lideri Florian Filippot X sosial şəbəkəsində bildirib.

Onun sözlərinə görə, ukraynalı siyasətçi küncə sıxılır. Filippo: "Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp danışıqlara hazır olduqları halda, Zelenski sülhdən imtina etmək üçün səbəblər axtarır".

Bundan əvvəl ABŞ prezidenti Ukraynadakı münaqişənin 100 gün ərzində həll edilməsi barədə göstəriş vermişdi. Sülh danışıqlarının başlanması istiqamətində ilk addım Keyt Kelloqun Ukrayna üzrə xüsusi elçi təyin edilməsi oldu. Bu arada The Wall Street Journal yazıb ki, demək olar ki, heç kim onun bunu edə biləcəyinə ciddi şəkildə inanmır. Nəşrin Kelloqun keçmiş həmkarları arasından həmsöhbətləri qeyd etdilər ki, onu müstəqil fiqur adlandırmaq olmaz, çünki o, Trampın fikrindən tamamilə asılıdır.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
8
31
turkustan.az

10Mənbələr