AZ

Tramp Kennedinin qətli ilə bağlı sənədlərin yayımlanması haqqında sərəncam imzalayıb

ABŞ prezidenti Donald Tramp prezident Con Kennedinin, onun kiçik qardaşı Robert Kennedinin və vaiz Martin Lüter Kinqin qətli ilə bağlı sənədlərin məxfiliyinin ləğv edilməsi haqqında sərəncam imzalayıb...

Poliqon xəbər verir ki, Trampın fərmanı Ağ Evin saytında dərc olunub.

Sərəncamda qeyd edilir ki, Con Kennedi, Robert Kennedi və Martin Lüter Kinqin qətli ilə bağlı məlumatların gizlədilməsinə davam etmək ictimai maraqlara uyğun deyil. Donald Tramp fərmanın imzalaması üçün istifadə olunan qələmi Robert Kennedinin oğlu və Səhiyyə və İnsan Xidmətləri Departamentinin rəhbəri vəzifəsinə namizəd olan kiçik Robert Kennediyə verməyi tapşırıb.

Sərəncama görə 15 gün ərzində Milli Kəşfiyyatın direktoru baş prokuror və prezidentin köməkçisi ilə birlikdə Con Kennedinin, o cümlədən Robert F. Kennedi və Martin Lüter Kinqin qətlləri ilə bağlı sənədlərin 45 gün ərzində isə sui-qəsdlərlə bağlı materialların tam şəkildə yayımlanması planını təqdim etməlidir.

Xatırladaq ki, ABŞ prezidenti Con Kennedi 1963-cü ildə Dallasda Li Harvi Osvald tərəfindən öldürülüb. Robert Kennedi 1968-ci ildə ictimai mitinq zamanı fələstinli terrorçu tərəfindən güllələnib və daha sonra Los-Anceles xəstəxanasında dünyasını dəyişib. Qara dərili din xadimi Martin Lüter Kinq isə 1968-ci ildə Memfisdə Ceyms Erl Rey tərəfindən öldürülüb.

Poliqon.info

Seçilən
20
15
poliqon.info

10Mənbələr