AZ

Kennedinin ölümünə dair rəsmi sənədlər açıqlanacaq - Tramp əmr etdi

ABŞ prezidenti Donald Tramp ölkənin 35-ci prezidenti Con Kennedinin, onun qardaşı senator Robert Kennedinin, habelə Amerikada qaradərililərin hüquqlarının müdafiəsi hərəkatının lideri olmuş Martin Lüterin öldürülməsi ilə bağlı sənədlərin dərc edilməsi barədə sərəncam imzalayıb.

Modern.az xəbər verir ki, Ağ Evin yaydığı sərəncamda Tramp bildib: “Bu sui-qəsdlərlə bağlı bütün sənədlərin nəhayət, təxirə salınmadan açıqlanması milli maraqlara uyğundur”.

Tramp hesab edir ki, mərhum prezident Con Kennedinin, senator Robert Kennedinin və Martin Lüter Kinqin qətli ilə bağlı məlumatların qeydlərdən gizlədilməsi ictimai maraqlara uyğun deyi.

Sərəncama görə, Milli Kəşfiyyat direktoru və Baş prokuror 15 gün müddətində dövlət başçısına müvafiq sənədlərin açıqlanması planını təqdim etməlidirlər.

Seçilən
15
15
modern.az

10Mənbələr