ABŞ prezidenti Donald Tramp prezident Con Kennedinin, onun kiçik qardaşı Robert Kennedinin və vaiz Martin Lüter Kinqin qətli ilə bağlı sənədlərin məxfiliyinin ləğv edilməsi haqqında sərəncam imzalayıb. Fərman Ağ Evin saytında dərc olunub.
Sərəncamda qeyd edilir ki, Con Kennedi, Robert Kennedi və Martin Lüter Kinqin qətli ilə bağlı məlumatların gizlədilməsinə davam etmək ictimai maraqlara uyğun deyil. Donald Tramp, Robert Kennedinin oğlu və Səhiyyə və İnsan Xidmətləri Departamentinin rəhbəri vəzifəsinə namizəd olan kiçik Robert Kennediyə əmri imzalamaq üçün istifadə olunan qələmi verməyi tapşırıb. 15 gün ərzində Milli Kəşfiyyatın direktoru baş prokuror və prezidentin köməkçisi ilə birlikdə Con Kennedinin qətli ilə bağlı sənədlərin, 45 gün ərzində isə Robert F. Kennedi və Martin Lüter Kinqə qaşı sui-qəsdlərlə bağlı materialların tam şəkildə yayımlanması planını təqdim etməlidir.
Qeyd edək ki, prezident Con Kennedi 1963-cü ildə Dallasda Li Harvi Osvald tərəfindən öldürülüb. Robert Kennedi 1968-ci ildə ictimai mitinq zamanı fələstinli terrorçu tərəfindən güllələnib və Los-Anceles xəstəxanasında dünyasını dəyişib. Martin Lüter Kinq 1968-ci ildə Memfisdə Ceyms Erl Rey tərəfindən güllələnərək öldürülüb.
//Samir Qurbanov, Editor.az