Tramp ABŞ-ın 35-ci prezidenti Con Ficerald Kennedinin, onun qardaşı senator Robert Kennedinin öldürülməsi, həmçinin ABŞ-da fəal və qaradərililərin hüquqları uğrunda hərəkatın lideri Martin Lüter Kinqin qətli ilə bağlı sənədlərin dərc edilməsi haqqında sərəncam imzalayıb.
“Bu qətllərlə bağlı bütün sənədlərin təxirə salınmadan nəhayət dərc olunması milli maraqlara uyğundur”.
ABŞ prezidenti hesab edir ki, prezident Con Kennedinin, senator Robert Kennedinin və Martin Lüter Kinqin qətli ilə bağlı məlumatların qeydlərdən gizlədilməsi ictimai maraqlara uyğun deyil, əksinə oların işıqlandırılmasının vaxtı çoxdan çatıb.
Ülviyyə, Hurriyyet.az