AZ

Abdullah Zubir: “Hər mövsüm eyni səviyyədə qalmaq olmur”

“Yaxşı oyun nümayiş elətdirdik. Standart vəziyyətlərdən qollar buraxdıq. Avrokuboklarda yaxşı mövsüm keçirmək istəyirdik, ancaq alınmadı. Amma futbolda belə hallar olur. Bu məğlubiyyətlərdən nəticə çıxarmaq lazımdı”.

İdmanxeber.az-ın məlumatına görə, “Qarabağ”ın futbolçusu Abdullah Zubir UEFA Avropa Liqa Liqa mərəhələsində FKSB məğlubiyyəti (2:3) barədə danışarkən deyib. Təcrübəli oyunçu Ağdam təmsilçisinin cari mövsüm avrokuboklardakı çıxışını da dəyərləndirib:

“Əslində nə baş verdiyini bilmirəm. Hər mövsüm eyni səviyyədə qalmaq olmur. Özün də görürsünüz ki, qələbə üçün əlimizdən gələni edirik. İstənilən halda, bunlar hamısı bizim üçün təcrübədi. Çalışıb gələn mövsüm daha yaxşı nəticə qazanmaq istəyirik”

Seçilən
6
1
idmanxeber.az

10Mənbələr