Bakı, TurkicWorld
Sietl ştatının federal hakimi John Coughenour, prezident Donald Trampın anadangəlmə vətəndaşlıqla bağlı fərmanını müvəqqəti olaraq dayandırıb.
TurkicWorld xəbər verir ki , hakim Coughenour sərəncamı kəskin şəkildə tənqid edərək, onun açıq şəkildə konstitusiyaya zidd olduğunu vurğulayıb.
Trampın fərmanı, 14-cü Düzəlişə əsaslanan mövcud qanunu dəyişərək, valideynləri vətəndaş və ya yaşıl kart sahibi olmayan uşaqların avtomatik olaraq ABŞ vətəndaşı olmasının qarşısını alır. Mövcud qaydaya əsasən, hər il ABŞ-da təxminən 150.000 uşaq, valideynlərinin vətəndaşlıq statusundan asılı olmayaraq, ölkə sərhədləri daxilində doğulduğuna görə avtomatik vətəndaşlıq alır.
Qeyd edək ki, fərman qüvvəyə minmədən əvvəl, 18 demokratik ştatın baş prokuroru bu fərmana qarşı məhkəmə iddiası qaldırıb. Onlar Trampın fərmanının 14-cü Düzəlişin vətəndaşlıq hüququnu qoruyan müddəasına zidd olduğunu iddia edirlər.
Hakim Coughenour-un qərarı fərmanın qüvvəyə minməsini müvəqqəti olaraq dayandırır. Bununla yanaşı, məsələ ilə bağlı daha geniş məhkəmə müzakirələrinin davam edəcəyi gözlənilir