"Düşünürəm ki, İran Ermənistanın ciddi təhlükəsizlik vəziyyətində olduğunu və müharibə təhlükəsi çox ciddi olduğunu yaxşı bilir. Tehran Ermənistanla İran arasındakı sərhədlə bağlı qırmızı xətlərini açıq şəkildə bəyan etsədə belə, Zəngəzur dəhlizi məsələnin danışıqlar yolu ilə həllinə razı ola bilər və bu istisna deyil".
Ölkə.Az xəbər verir ki, bunu İran parlamentinin sabiq erməniəsilli deputatı Robert Beqlaryan erməni mediasına müsahibəsində deyib.
Onun fikrincə, mövcud siyasi vəziyyət o qədər qeyri-sabitdir və dəyişikliklər o qədər sürətlə baş verir ki, hər şey gözləmək olar. "Düşünürəm ki, İranın bütün ssenariləri, hətta “Zəngəzur dəhlizinin” açılışını da nəzərdən keçirməyə çalışacağını, bu dəhlizə kimin nəzarət etməsindən asılı olaraq düşünmək məntiqlidir", - Beqlaryan qeyd edib.
O əlavə edib ki, Rusiya qazının Azərbaycan vasitəsilə İrana tədarük etmək barədə razılığa gəlib. "Azərbaycan gələcəkdə bütün bu imkanlardan istifadı etməklə Zəngəzur dəhlizinin açılması istiqamətində gedən danışıqlarda rıçaq kimi istifadə edəcək”, - Beqlaryan bildirib.
Beqlaryan onu da əlavə edib ki, Ermənistanla İran arasında müxtəlif sahələrdə təmaslar yaranan zaman Azərbaycan tərəfi dərhal iki ölkə arasında əldə olunan razılaşmaları zərərsizləşdirmək istəqamətində addımlar atır.
O xatırladıb ki, bir neçə gün əvvəl İran və Rusiya arasında bir sıra sazişlər imzalanıb, daha sonra Ermənistan xarici işlər nazirinin müavini İrana səfər edib və Tehranda görüşlər keçirib.
Beqlaryanın sözlərinə görə, Bakı yaranmış vəziyyətdə təşəbbüsü ələ alamaq istiqamətində hərəkətə keçib və baş nazirin müavini Şahin Mustafayevin Tehrana səfəri də bu məqsədi daşıyır.
O hesab edir ki, Bakı İrəvanı istər İranla, isrəsə də digər məsələlərlə atdığı addımlar zamanı zərərsizləşdirməyi bacarır.
Mürtəza
Ölkə.Az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta