AZ

"İranın bu layihə ilə razılaşmaqdan başqa yolu yoxdur” - Məşhur türk nəşri Zahid Məmmədovun fikirlərinə yer verdi

Türkiyənin məşhur "TRT WORLD" nəşrində yayımlanan "İran Qafqazdakı Zəngəzur dəhlizində Türkiyənin nüfuzuna boyun əyəcəkmi?" başlıqlı məqalədə UNEC-in Elmi fəaliyyətin təşkili və idarə olunması Departamentinin direktoru, Avrasiya İqtisadiyyatı üzrə Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisad elmləri doktoru, professor Zahid Məmmədovun fikirlərinə yer verilib.

"AzPolitika" xəbər verir ki, sözügedən məqalədə Zəngəzur dəhlizinin açılma perspektivindən, İran və Rusiyanın bu məsələdəki mövqeyindən bəhs edilir.

Z. Məmmədov fikrincə, Tehranın Yaxın Şərqdə nüfuzunun azalması İranı dəhlizlə bağlı siyasətini yenidən qiymətləndirməyə vadar edə bilər.

Professor deyir ki, İran beynəlxalq güclər tərəfindən dəstəklənən Zəngəzur dəhlizi layihəsini qəbul etməsə də, bu yol Qafqazın əsas iqtisadi ehtiyaclarını ödəməyi, sabitlik, sülh və iqtisadi artım gətirməyi təklif edir.

"ABŞ-dən tutmuş Rusiyaya qədər, demək olar ki, hamı razılaşır ki, bu dəhliz gələcək rifahın qarantıdır. Bu, gələcəyə açılan qapıdır. Bu layihənin reallaşmasının qarşısını almaq mümkün deyil. İranın bu layihə ilə razılaşmaqdan başqa yolu yoxdur”, - deyə Z. Məmmədov qeyd edib.

Məqaləni bu linkə daxil olaraq oxuya bilərsiniz: https://www.trtworld.com/magazine/will-iran-accede...

Seçilən
12
50
azpolitika.info

10Mənbələr