AZ

Şimal-Cənub Nəqliyyat Dəhlizinin ən yaxşı marşrutu Xəzər dənizinin qərbindəki istiqamətdir – İranlı rəsmi

Bakı. Trend:

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin İran ərazisindənkeçən ən yaxşı marşrut Xəzər dənizinin qərbində Astara vasitəsi iləolan marşrutdur.

Trend-inməlumatına görə, bunu İranın yol və şəhərsalma nazirinin müavini vəİranın Dəmir Yollarının rəhbəri Cabbarəli Zakeri yerli mediayaaçıqlamasında deyib.

Onun sözlərinə görə, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhliziilə yükdaşımanın həcmini maksimum şəkildə artırmaq lazımdır.Hazırda bu dəhliz çərçivəsində İran ərazisində dəmiryolununtikilməsi olan hissə Rəşt-Astara hissəsidir. Hazırda İran, Rusiyavə Azərbaycan bu layihənin əhəmiyyətini tam şəkildə anlayır və onunicra olunması üzrə yekdil rəyə sahibdir.

Zakeri deyib ki, İran prezidenti Məsud Pezeşkianın Rusiyayasəfəri çərçivəsində Rəşt-Astara dəmiryolunun tikintisi üzrəmüzakirələr aparıldı. Qərara alındı ki, İran hökuməti tərəfindənbir il ərzində dəmiryolu xəttinin keçdiyi ərazinin mülkiyyətiməsələsi həll olunsun və Rusiya dövlətinin krediti əsasındadəmiryolu 4 il ərzində tikilsin. Bu ərazinin mülkiyyətinə gəldikdə,ərazinin böyük hissəsi mənzillərin yerləşdiyi ərazi deyil.

Nazir müavini qeyd edib ki, hazırda dəmiryolu xəttinin tikintisiüzrə layihə ilkin tədqiqat mərhələsindədir. Layihə çərçivəsindəikinci mərhələ (ərazinin mülkiyyəti) başa çatmalıdır ki, yekunkredit məbləği müəyyənləşsin. Lakin İran tərəfi bu dəmiryoluxəttinə 1,5-2,5 milyard dollar dəyərində vəsaitin xərclənəcəyinitəxmin edir.

Zakeri əlavə edib ki, beləliklə Şimal-Cənub Beynəlxalq NəqliyyatDəhlizi çərçivəsində yükdaşıma illik 3 milyon tondan ildə 15 milyondona yüksələcək.

Əlavə edək ki, 2000-ci il 12 sentyabr tarixində Rusiya, İran vəHindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında"Şimal-Cənub" nəqliyyat dəhlizinin təməli qoyulub. Ümumilikdə birsıra ölkələr sözügedən Sazişi ratifikasiya edib. (AzərbaycanRespublikası, Belarus Respublikası, Bolqarıstan Respublikası,Hindistan, İran İslam Respublikası, Qazaxıstan Respublikası,Qırğızıstan Respublikası, Oman Sultanlığı, Rusiya Federasiyası,Tacikistan Respublikası, Türkiyə Respublikası, Ukrayna). Dəhlizinyaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali vəQərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır(hazırkı marşrut üzrə çatdırılma vaxtı 6 həftədən artıqdır,"Şimal-Cənub" vasitəsilə 3 həftə olması gözlənilir).

Dəhliz çərçivəsində Azərbaycan dəmir yollarının İran dəmiryolları şəbəkəsi ilə birləşdirilməsi üçün 6 mart 2019-cu iltarixində Qəzvin – Rəşt (175 km) dəmiryolu istifadəyə verilib. İranərazisində Rəşt – Astara dəmir yolu tikilməlidir.
Şimal-Cənub Dəhlizinin İran ərazisində 3 istiqaməti var. Şərqistiqaməti Türkmənistan və Orta Asiya ölkələri, Orta istiqamətiXəzər dənizi vasitəsi ilə Rusiya və sairə ölkələr, Qərb istiqamətiAzərbaycan, Gürcüstan, Rusiya və Şərqi Avropa ölkələri.

Qeyd edək ki, 17 may 2023 tarixində İranın şimalında yerləşənGilan vilayətində Rəşt-Astara dəmiryolunun tikintisi üzrə Rusiya vəİran arasında saziş imzalanıb. Təxminən 163 km uzunluğunda olanRəşt-Astara dəmiryolu xəttində 9 stansiya tikiləcək. Budəmiryolunun tikintisinin başa çatdırılması ilə Şimal-CənubBeynəlxalq Dəhlizi təkmilləşəcək və İranın dəmiryol şəbəkəsi Qafqazölkələri, Rusiya və Şimali Avropa ölkələrinə birləşəcək. Sazişəəsasən bu dəmiryolunun tikintisinə Rusiya tərəfinin 1,6 milyardavro dəyərində vəsait xərcləməsi gözlənilir. Bu dəmiryolunun 48 ayərzində tikilərək başa çatdırılması nəzərdə tutulub.

Seçilən
12
6
az.trend.az

10Mənbələr