Bakı. Trend:
ABŞ Prezidentinin xüsusilə Qrenlandiya və Panama ilə bağlıaqressiv siyasəti beynəlxalq ictimaiyyəti düşündürür. Çünki ABŞArktika üzərindən xüsusi strategiya qurmaq, geosiyasi gərginliyinməhz Rusiya və Çin ilə qarşıdurma kontekstində Arktika üzərindəndavam etdiriləcəyi mesajlarını verir. ABŞ Arktikada yerləşəndünyanın ən böyük adası olan Qrenlandiya üzərində suverenliyiniyenidən əldə etmək istəyir ki, bu da Danimarka və Avropa İttifaqıilə münasibətləri daha da gərginləşdirəcək.
Bunu Trend-əaçıqlamasında Milli Məclisin deputatı TuralGəncəliyev deyib.
Millət vəkili bildirib ki, Trampın açıqlamaları Avropanın artıqqatı liberal, faşist ideologiyasına nöqtə qoyulduğunu göstərir:
“Xüsusilə də Demokratlar, beynəlxalq liberal güc mərkəziningüvəndiyi Soros fondu və açıq cəmiyyət fondları, QHT-lər artıq özsiyasətinə yenidən baxmalı, ya da siyasi gündəmdən çıxıb funksionalolmayan təşkilatlara çevrilməlidir. Artıq Trampın ilk imzaladığısənədlər arasında USAID kimi destruktiv rol oynayan təşkilatınAmerika büdcəsindən müxtəlif ölkələr, təşkilatlara yardımayırmasının dayandırılması diqqəti çəkir. USAID Cənubi Qafqazda daçox aktiv idi. USAID və Sorosdan maliyyələşən, ABŞ büdcəsindənsubsidiya alan digər QHT-lər ölkələrdə xaos yaratmaq, rəngliinqlablar yaratmaq kimi təhlükəli siyasət yürüdürdülər”.
O vurğulayıb ki, Trampın ən mühüm addımlarından biriRusiya-Ukrayna münaqişəsinə son qoymaq və daha çox anti-Çinsiyasətinə köklənmək olacaq:
“Bir tərəfdən Rusiya ilə sülh müqaviləsinin imzalanmasının vacibolduğunu deyən Tramp, digər tərəfdən Rusiyanın Ukrayna ilə sülhəgetməyəcəyi təqdirdə, daha çox iqtisadi sanksiyalar və neftinqiymətinin azaldılmasının baş verəcəyi ilə bağlı ultimatum verib.Avropa İttifaqı, OPEC-ə qarşı tələb qoyub ki, neftin qiymətiazaldılmalıdır ki, Rusiya-Ukrayna müharibəsi dayansın. ÇünkiTrampın fikirlərinə görə, məhz neftin, qazın satışından əldə etdiyigəlirlərlə Rusiya bu müharibəni aparır. Trampın strategiyası ondanibarətdir ki, Aİ Rusiyadan neft, qaz almağı dayandırsın və əvəzindəABŞ-dən LNG deyilən likvid təbii qaz alsın”.
Deputat açıqlamasında Trampın Kanada və Meksika ilə siyasətəyenidən baxacağı haqqında bəyanatlarını xatırladıb:
“Meksika körfəzi rəsmi şəkildə Amerika körfəzi adlandırıldı.Tramp administrasiyasının fikirlərinə görə, son zamanlar Panamakanalında Çin şirkətləri güclü gəlir əldə edir. Çinin dünyaiqtisadiyyatının əsas arteriyalarından birinə nəzarət etməsi ABŞüçün qəbuledilməzdir. Qrenlandiya isə sırf Rusiya və Çin üzərindəhegemonluq, dominantlıq etmək strategiyasıdır.
Tramp Cənubi Qafqazla bağlı Azərbaycanın maraqları, Azərbaycanınyaratdığı reallıq nəzərə alınmaqla hərəkət edəcək. Çünki artıqCənubi Qafqaz elə bir bölgədir, Azərbaycan burada elə bir gücmərkəzi yaradıb ki, situasiyaya başqa cür aqressiv şəkildə reaksiyavermək, təsir etmək mümkün deyildir. Yalnız Azərbaycanla əməkdaşlıqvə dialoq qurulması və ABŞ ilə Azərbaycan arasında normalmünasibətlərin olacağını gözləyirəm”.
Milli Məclisin deputatı Vüqar İskəndərov isəTrend-əaçıqlamasında bildirib ki, Donald Tramp özünü bundan əvvəlkiprezidentlik dövründə maraqlı, fərqli və gözlənilməz gedişlər edənsiyasətçi kimi göstərib:
“Tramp onsuz da seçkiöncəsi marafon dövründə də Avropa üçüngözlənilməz gedişlərin olacağını demişdi. Ümumdünya SəhiyyəTəşkilatı, Paris İqlim Sazişindən çıxmaq, Avropanın özünün NATO-yadaha çox maliyyə ayırması və Rusiya-Ukrayna müharibəsi kontekstindəfikirləri əsas da Avropa siyasi isteblişmentini narahat etməyəbaşlayıb.
Trampın yürütdüyü ümumi siyasəti analiz etsək, güclü ABŞ, dahaçox öz bölgəsində fəaliyyətdə olması, ABŞ-nin iqtisadi, siyasigücləndirilməsi, iqtisadiyayyatının şaxələndirilməsi və daha çoxölkə daxilindəki məsələlərin, hər bir ABŞ vətəndaşının layiqliyaşaması üçün proqramları elan etməsi gözləniləndir”.
Vüqar İskəndərov əlavə edib ki, Rusiya-Ukrayna müharibəsikontekstində özünəməxsus yanaşması və Vladimir Putinlə görüşməkistəməsi Trampı fərqləndirir.
“Bununla bağlı o, müəyyən fikirlər söyləyir və yaxın zamanlardaəməli addımlar da atıla bilər. Putin də görüşdə maraqlı olduğunugöstərir. Görüşün nəticələri Ukrayna ilə bərabər Avropa üçün dəeyni aqibət vəd edir. Tramp özünün maraqlı gedişləri ilə Avropanınbir sıra dairələrini artıq təşvişə salıb. Trampın gedişlərində hissolunur ki, o, özündən uzaq Cənubi Qafqaz, Yaxın Şərq siyasətindəBayden hakimiyyəti qədər maraqlı görünməyəcək, ABŞ-nin millimaraqlarına uyğun siyasət həyata keçirəcək”, - deyə deputat qeydedib.