Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsi, Əcəm Naxçıvani küçəsinin yolları bərbad vəziyyətdədir.
Xezerxeber.az-ın məlumatına görə, sakinlər deyirlər ki, yol bərbad vəziyyətdə olduğundan bu ərazidən keçən avtobuslar da artıq yarıyoldan qayıtmağa məcbur olurlar.
Onlar deyirlər ki, aidiyyəti qurumlara müraciət etsələr də yolun vəziyyəti dəyişilməz olaraq qalır.
Sabunçu Rayon İcra Hakimiyyətindən “Xəzər Xəbər”ə bildirildi ki, məsələ araşdırılaraq növbəti günlərdə açıqlama veriləcək.
Avtobusların sözügedən əraziyə girməməsi ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən isə “Xəzər Xəbər”ə bildirildi ki, sözügedən ərazidə yolun 900 metrlik hissəsinin qənaətbəxş olmaması və hərəkət təhlükəsizliyinin aşağı səviyyədə olması avtobusların nizamlı fəaliyyətinə təsir göstərir və nəqliyyat vasitələrinin mütəmadi sıradan çıxmasına səbəb olur. Yol infrastrukturu bərpa edildikdən sonra marşrut avtobusu köhnə sxem üzrə fəaliyyətini davam etdirəcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.