Qar voleybolu üzrə Azərbaycan çempionatının finalçıları bəlli olub.
"Report"un Şahdağa ezam olunan əməkdaşının məlumatına görə, yarışın ikinci günündə yarışın növbəti turunun oyunları keçirilib. Bu qarşılaşmalardan sonra komandaların topladığı yekun xallar (Dairəvi sistem üzrə) bəlli olub. Beləliklə, qadınların mübarizəsində “AZERRAIL” - 9 xalla turnir cədvəlində birinci, “Murov Az Terminal” 5 xalla ikinci, “Gəncə” və U-21 komandaları isə hərəyə 2 xalla üçüncü və dördüncü yerləri bölüşürlər. Kişi komandaları arasında isə 8 xalla “AZERRAIL” birinci, 7 xalla “Murov Az Terminal” ikinci, 3 xalla U-21 komandası üçüncü, xalı olmayan “Gənclər” komandası isə dördüncü olub.
Reqlamentə görə ilk iki pillənin sahibləri çempionluq, 3-cü və 4-cü yeri tutan komandalar isə üçüncülük uğrunda oynayacaqlar.
Oyunların nəticələri
26 yanvar
Qadınlar
“AZERRAIL” - “Gəncə” 2:0 (15:12, 15:12)
“Murov Az Terminal” - U-21 2:1 (17:19, 15:12, 15:11)
Kişilər
“AZERRAIL” - U-21 2:0 (15:8, 15:12)
“Murov Az Terminal” - “Gənclər” 2:0 (15:5, 15:6)
Əvvəlki turların nəticələri
25 yanvar
Qadınlar
“AZERRAIL” - U-21 2:0 (15:7, 15:4)
“Murov Az Terminal” - “Gəncə” 2:0 (16:14, 15:13)
“AZERRAIL” - “Murov Az Terminal” 2:0 (15:10, 15:9)
“Gəncə” - U-21 2:1 (13:15, 15:12, 15:7)
Kişilər
“AZERRAIL” - “Gənclər” 2:0 (15:3, 15:6)
“Murov Az Terminal” - U-21 2:1 (15:7, 12:15, 15:6)
“AZERRAIL” - “Murov Az Terminal” 2:1 (9:15, 15:10, 15:11)
U-21 - “Gənclər” 2:0 (15:6, 15:6)
26 yanvar
3- cü yer uğrunda oyunlar
14:30. “Gəncə” - U-21 (qadınlar)
15:15. U-21 - “Gənclər”(kişilər)
Final
16:00. “AZERRAIL” - “Murov Az Terminal” (qadınlar)
16:45. “AZERRAIL” - “Murov Az Terminal” (kişilər).