\"Şahdağ\" Turizm Mərkəzində keçirilən qar voleybolu üzrə Azərbaycan çempionatının finalçıları bəlli olub.
\"Report\"un Şahdağa ezam olunan əməkdaşının məlumatına görə, yarışın ikinci günündə növbəti turunun oyunları baş tutub.
Qadınların mübarizəsində \"Azərreyl” 9 xalla turnir cədvəlində birinci, \"Murov Az Terminal” 5 xalla ikinci, \"Gəncə” və U-21 komandaları isə hərəyə 2 xalla üçüncü və dördüncü yerləri tutublar. Kişi komandaları arasında isə 8 xalla \"Azərreyl” birinci, 7 xalla \"Murov Az Terminal” ikinci, 3 xalla U-21 üçüncü, xalı olmayan \"Gənclər” dördüncü olub.
Reqlamentə görə ilk iki pillənin sahibləri çempionluq, 3-cü və 4-cü yeri tutan komandalar isə üçüncülük uğrunda oynayacaqlar.
26 yanvar
Qadınlar
\"Azərreyl” - \"Gəncə” 2:0 (15:12, 15:12)
\"Murov Az Terminal” - U-21 2:1 (17:19, 15:12, 15:11)
Kişilər
\"Azərreyl” - U-21 2:0 (15:8, 15:12)
\"Murov Az Terminal” - \"Gənclər” 2:0 (15:5, 15:6)
3- cü yer uğrunda oyunlar
14:30. \"Gəncə” - U-21 (qadınlar)
15:15. U-21 - \"Gənclər” (kişilər)
Final
16:00. \"Azərreyl - \"Murov Az Terminal” (qadınlar)
16:45. \"Azərreyl” - \"Murov Az Terminal” (kişilər)