"Şahdağ" Turizm Mərkəzində təşkil olunan qar voleybolu üzrə Azərbaycan çempionatının mükafatçıları bəlli olub.
"Report"un Şahdağa ezam olunan əməkdaşının məlumatına görə, yarışın ikinci günündə həlledici oyunlar keçirilib.
Qadınlar arasında 3-cü yer uğrunda oyunda “Gəncə” komandası U-21 millisinə 2:0 hesabı ilə qalib gəlib. Final görüşündə isə "Azərreyl" eyni hesabla “Murov Az Terminal”dan üstün olub.
Kişilərin mübarizəsində "Gənclər"i məğlub edən (2:0) U-21 bürünc medal qazanıb. Çempionluğu isə “Murov Az Terminal”ı üstələyən (2:0) "Azərreyl" qazanıb.
Sonda qaliblər Azərbaycan Voleybol Federasiyası tərəfindən mükafatlandırılıblar.