Yevlax şəhərindəki Dədə Qorqud parkında “Sağlam həyat” səyyar layihəsi çərçivəsində idman yarışları keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı və Yevlax Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə baş tutan yarışlara qoşulan idman həvəskarları əyləncəli vaxt keçirib, müxtəlif idman növlərində qüvvələrini sınayıblar. Öz yaş qrupları üzrə idman normativlərini yerinə yetirən iştirakçılar müvafiq sertifikatlarla təltif olunub.
Yarışda müxtəlif yaş qruplarından ümumilikdə 350 nəfər iştirak edib.