AZ

Putin Ukrayna ilə müharibənin nə vaxt başa çata biləcəyini AÇIQLAYIB

Rusiya prezidenti Vladimir Putin Ukraynadakı müharibənin başa çatma tarixini açıqlayıb.

Modern.az xəbər verir ki, Putin Rusiya-1 telekanalında Pavel Zarubinə müsahibəsində qeyd edib ki, Ukraynaya verilən sponsorluq pulları və döyüş sursatları tükənərsə, müharibə bir ay yarımdan iki aya qədər müddətdə  başa çata bilər.

“Pul və geniş mənada patronlar tükənsə, onlar heç bir ay dayana bilməyəcəklər”, - Putin deyib.

O, həmçinin vurğulayıb ki, hazırkı vəziyyətdə Ukraynanın suverenliyi “praktiki olaraq sıfıra endirilib”.

Rusiya prezidenti həmçinin bildirib ki, Ukrayna ilə indiki mərhələdə sülh sazişi imzalanması qeyri-legitim olacaq, çünki ölkə lideri Vladimir Zelenski “qanunsuz prezidentdir və Rusiya ilə hər hansı danışıqları qadağan edən fərmanı ləğv edə bilməz”.

Putin bildirib ki, Ukraynada prezident seçkiləri qanuna uyğun keçirilmədiyi üçün Zelenski ölkə prezidenti deyil. Onun sözlərinə görə, bu, ölkə konstitusiyasında yazılıb.

“Ukrayna konstitusiyasına uyğun olaraq, prezidentin hətta hərbi vəziyyət şəraitində belə səlahiyyətlərini uzatmaq hüququ yoxdur”, - Putin bildirib.

“Eyni zamanda, danışıqlar hər kəslə aparıla bilər, lakin qeyri-legitimliyinə görə Zelenskinin heç nəyə imza atmaq hüququ yoxdur”, - Rusiya lideri əlavə edib.

Onun sözlərinə görə, Kiyev Rusiya Federasiyası ilə danışıqları qadağan edən fərmanı ləğv etmək istəsə, bunun qanuni yolunu tapacaq.

"Radanın sədri bunu edə bilər", - Putin deyib.

“Əks halda, Rusiya ilə Ukrayna arasında danışıqlar qeyri-qanuni olacaq”.

Rusiya prezidenti bildirib ki, Ukrayna tərəfindən heç bir təşəbbüs görmür.

Seçilən
15
26
modern.az

10Mənbələr