AZ

Müharibənin aqibəti bu görüşdən aslıdır- NƏ BAŞ VERƏ BİLƏR?- Oqtay Qasımovdan ŞƏRH

“Rusiya-Ukrayna arasında danışıqların aparılmasında əsas mərkəzi tərəf ABŞ və onun prezidenti olacaq. Çünki hələ Donald Tramp seçki kampaniyası dönəmindən də bu müharibəni dayandıracağı ilə bağlı bəyanatlar verib, Ukrayna üzrə xüsusi nümayəndə təyin edib. Artıq savaşın durdurulması ilə bağlı plan hazırlanır”.

Bunu Editor.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

O bildirib ki, Rusiya əslində danışıqlar masasında oturmağa hazırdır:

“Danışıqlar prosesinin müddəti yaxınlaşdıqca tərəflər bir-birinə daha çox təzyiq etməyə çalışır və beləliklə savaş daha da şiddətlənir. Əsas səbəblərdən birincisi tərəflər gözlənilən danışıqlar masasına qədər əllərinə gücləndirməyə və bununla da danışıqlarda daha qazanc əldə etməyə çalışacaqlar. Bununla da indiyə qədərki durumda faktiki olaraq Avropa İttifaqı sanki arxa planda qalıb. Əgər Aİ da ABŞ-la bu məsələdə razılaşacaqsa, Rusiyaya təzyiqlər daha ciddi şəkildə arta bilər. Təbii ki, Rusiyaya mümkün qədər daha çox təzyiq edilməyə çalışılacaq ki, o özünün maksimal mövqeyindən geri çəkilsin. Ancaq savaşın dayandırılması isə Donald Tramp və Vladimir Putinin gözlənilən görüşündən aslıdır. Əgər razılıq əldə olunsa, dayana bilər əks halda müharibədə daha da ağır şərtlər altında davam edəcəyinin şahidi olacağıq”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
7
50
editor.az

10Mənbələr